Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan olimpiyaçıları Vətənə dönüblər


Azərbaycanı Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Yay Olimpiya Oyunlarında təmsil edən idmançılar bu gün Vətənə qayıdıblar


İdmançılar Heydər Əliyev Beynəlxalq Hava Limanına böyük coşqu ilə qarşılanıblar.

Qeyd edək ki, 5-21 avqust tarixlərində Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunları keçirilib. Azərbaycan oyunlarda 56 idmançı ilə 17 idman növündə təmsil olunub.

Rio-2016-da Azərbaycan idmançıları ilk dəfə 18 medal qazanıblar: 1 qızıl, 7 gümüş və 10 bürünc medal. Həmçinin Azərbaycan Rio-de-Janeyro olimpiadasında ilk dəfə 4 idman növü - kamandan oxatma, kanoe slalom, trek velosipedi və triatlon üzrə təmsil olunub.

Azərbaycanı Rio olimpiadasında 7 hakim də təmsil edib - Aydın Ağaəliyev (gimnastika), Lyudmila Quliyeva (akademik avarçəkmə, kanoe slalom, kanoe sprint), Ramil Vəliyev (cüdo), Rauf Əliyev (sərbəst güləş), Hicran Şərifov, Vüqar Vəliyev (hər ikisi güləş), Zaur Abdullayev (boks).(Trend)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar