Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan ordusunda fətullahçılar varmı?


Türkiyədə iyulun 15-də baş vermiş hərbi çevriliş cəhdindən sonra Azərbaycanda da Fətullah Gülənin “Hizmət” hərəkatına qarşı müəyyən addımlar atıldı


Qafqaz” Universiteti bağlandı, Fətullah Gülənin yayımlanmayan müsahibəsinə görə ANS-in fəaliyyəti dayandırıldı. 

İndi Türkiyədə fətullahçıların Azərbaycan ordusuna da “sıçramış ola biləcəyinə” dair ehtimalları gündəmə gətirməyə başlayıblar. 

Virtualaz.org xəbər verir ki, təhlükəsizlik məsələləri üzrə türkiyəli ekspert, superhaber.tv saytının yazarı Mete Yarar Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan ordusuna təlim keçdiyini, azərbaycanlı hərbçilərin Türkiyə ali hərbi məktəbələrində təhsil aldığını nəzərə alaraq “potensial təhlükə” barədə xəbərdarlıq edib.



Mete Yarar bildirir ki, Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlıq çərçivəsində Türk Silahlı Qüvvələri Azərbaycan ordusuna təlim keçib. Hərbi personalın hazırlanması iki ölkə arasında hərbi əməkdaşlığın əsas komponentlərdən birini təşkil edib. “Həm Türkiyədə hərbi məktəblərdə, hərbi akademiyalarda təhsil alan azərbaycanlı zabitlər var, həm də Azərbaycandakı Ali Hərbi Məktəbdə dərs keçən, briqada komandiri, qərargah rəhbərliyi postlarını tutan Türk Silahlı Qüvvələri personalı var”-Mete Yarar superhaber.tv-yə bildirib. 

Ekspert deyib ki, hərbi çevriliş cəhdinə görə tutulan FETÖ-çülər ifadələrində təşkilat tərəfindən hərbi məktəblərə sızdırıldıqlarını etiraf ediblər. “Bu baxımdan bizim hərbi məktəblərə sızdığı bəlli olan virus Azərbaycan ordusuna da yoluxduruldumu? Türkiyədə 90-cı illərin sonlarında bu təşkilata bağlı zabitlər yetişdirilərkən Azərbaycanda da eyni şey ola bilərmi? Bu çevriliş cəhdi əcaba Azərbaycanda da yaşana bilərmi? Bu baxımdan Azərbaycan dövlətinin və ordusunun xəbərdar edilməsi yerində ola bilərmi?”-Mete Yarar sual edir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar