Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan prezidenti bu gün BMT-də çıxış edəcək

Politoloq: “Belə bir ali kürsüdən çıxış mühüm bir amil kimi dəyəndirilməlidir”


BMT-nin mənzil-qərargahında Baş Assambleyanın 72-ci sessiyası çərçivəsində siyasi diskussiyalar keçiriləcək. 

Sessiya iştirakçıları qarşısında 120-dən çox dövlət və hökumət başçıları, həmçinin xarici işlər nazirləri və nümayəndə heyətlərinin başçıları çıxış edəcəklər.

“Report” BMT-nin mətbuat xidmətinə istinadən xəbər verir ki,  ümumi müzakirələrdən əvvəl BMT-nin baş katibi üzv dövlətlərə təşkilatın işi barədə illik məruzəsini təqdim edəcək.

Ənənəyə uyğun olaraq, Baş Assambleyanın tribunasından ilk müraciəti ABŞ və Braziliya prezidentləri edəcək. Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 20-də günün birinci yarısında çıxış edəcək. Ümumi siyasi diskussiya sentyabrın 25-da başa çatacaq.

Politoloq Arzu Nağıyev prezidentin ABŞ səfərini yüksək qiymətləndirərək, dövlət başçısının çıxışına böyük önəm verdiyini bildirdi: “Azərbaycan prezidenti cənab İlham Əliyevin çıxışında təbii ki, əsas istiqamət Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı olacaq. ABŞ hakimiyyəti təkidlə BMT-nin reformasını tələb edirsə, bu, münaqişə ilə bağlı qəbul edilən qətnamələrin yerinə yetirilməsini də gündəmə gətirə bilər. Zənnimcə, Ermənistan XİN rəhbəri Nalbəndyanın son bəyanatı da bunu dolayı yolla təsdiq edir. Digər məsələ dünya enerji təhlükəsizliyinə təhdidlərin qarşısının alınmasında Azərbaycanın iştirakı ilə bağlı ola bilər. Üçüncü məsələ multikultural dəyərlər, dini ekstremizmin qarşısının alınmasında atılan addımlarla bağlı ola bilər. Burada həm də mədəni irsimizə erməni ekstremizminin vurduğu ziyanlardan da danışılacaq. Yəni belə bir ali kürsüdən cənab İlham Əliyevin çıxışı mühüm bir amil kimi dəyəndirilməlidir”.

Prezident İlham Əliyevin BMT Baş Məclisinin 72-ci sessiyasında iştirakı və keçirdiyi görüşlər böyük əhəmiyyət daşıyır”.

Bunu isə “Azadinform”a açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı deyib.  O qeyd edib ki, ilk növbədə Nyu-Yorkda yəhudi təşkilatlarının rəhbərləri ilə keçirilən görüş faydalıdır: “BMT-də islahatların aparılmasına dair müzakirələrin də xeyirli olduğu qənaətindəyəm”.  Deputat əlavə edib ki, Azərbaycan prezidenti hələ baş nazir vəzifəsində çalışarkən - 2003-cü ildə BMT-də etdiyi nitqində islahatların zəruriliyini vurğulamışdı.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar