Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan qətnaməni son anda imzaladı


Azərbaycan Riqa sammitinin yekun qətnaməsinə imza atıb


Publika.az “RBK-Ukrayna” agentliyinə istinadən xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Qjeqoj Sxetina bildirib.
 
O, qeyd edib ki, Azərbaycanın bu sənədə imza atmasında Avropa Şurasının sədri Donald Tusk mühüm rolu olub.
 
Avropa Şurasının sədri qeyd edib ki, “Şərq Tərəfdaşlığı”nın Riqadakı sammitdən razı qalıb. “Mən qətnamənin hazırlanması prosesinin çətinliyinə baxmayaraq, sammitdən razı qaldım. Biz əvvəlki kursumuzu təsdiq edirik", - o, deyib.
 
O, təsdiq edib ki, sammitdən sonra Azərbaycan prezidenti İlham Əliyevə zəng vurub: “Mən sammitin başa çatmasından sonra Azərbaycan Prezidentinə zəng vurdum, amma biz qətnamə haqqında danışmadıq”.
 
Qeyd edək ki, Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyib.
 
Xatırladaq ki, bundan əvvəl Azərbaycan qətnaməni imzalamaqdan imtina edib. "Report" "RBK-Ukraina"ya istinadən xəbər verir ki, bunu Xorvatiyanın xarici işlər naziri Vesna Pusiç bildirib.
 
Avroparlamentin başçısı Martin Şults məsələni şərh edərək məlumatı təsdiqləyib: "Danışıqlar ərzində Azərbaycan təmsilçiləri qətnamənin bu şəkildə qəbul olunmasına, o cümlədən sənədə yalnız Krımın ilhaqı məsələsinin salınması ilə razılaşmayıblar".
 
Mütəxəssislər Azərbaycan nümayəndə heyətinin etirazına münasibət bildirərkən bunun işğal altında olan Dağlıq Qarabağla əlaqədar olduğunu vurğulayıblar. Onların qənaətincə, rəsmi Bakının təmsilçiləri qətnamədə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktının da öz əksini tapmasını istəyiblər. 
 
 pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar