Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan sülh danışıqları ilə bağlı yeni mərhələdə


Rəsmilərin verdiyi açıqlamalar rəsmi Bakının konkret təkliflərlə çıxış edəcəyini düşünməyə əsas verir


Avqust ayının əvvəllərində Ermənistanın təxribatları nəticəsində cəbhə xəttində vəziyyət gərginləşmişdi. Vəziyyət o yerə çatmışdı ki, müharibənin yenidən geniş miqyas alacağı ehtimalından daha çox danışılırdı. Baş verənlər təbii ki, həm Qərbi, həm də Ermənistanı narahat etməyə bilməzdi. Qərb regionda müharibə olmasını məqsədəuyğun saymır, Ermənistan isə qısa bir müddətdə məhv olacağının fərqindədir. Azərbaycan isə bu məsələdə birmənalı şəkildə haqlı tərəfdir və onun bütün tərəflər qarşısında şərti bəllidir; əgər müharibə olmasını istəmirsinizsə, Ermənistan işğalçılıq siyasətindən əl çəkməlidir. 

Azərbaycanın ortaya qəti və konkret mövqe qoyması tərəflərin hərəkətə gəlməsinə səbəb olub. 3 günlük müharibədən dərhal sonra Soçi görüşünün təşkili, ardınca NATO sammitində prezidentlərin təması, eyni zamanda vasitəçilərin, beynəlxalq qurumların sülh danışıqlarının davam etməsinə dair bəyanatlar və nəhayət, noyabr ayında Fransa prezidentinin AzərbaycanErmənistan prezidentləri ilə görüşünün planlaşdırılması buna sübutdur. Ekspertlər bildirir ki, sülh danışıqları ilə bağlı yeni mərhələnin başlayacağı istisna deyil. Amma bunun detalları barədə hələlik heç bir ehtimal da səsləndirilmir.

Lakin şübhə yoxdur ki, yeni mərhələdə Azərbaycan tərəfi daha konkret mövqe sərgiləyəcək. Dövlət rəsmilərinin səsləndirdiyi fikirlər də bu qənaəti formalaşdırır. Təbii ki, Azərbaycan tərəfi bu cür mövqe tutmaqda tam haqlıdır və indidən bütün tərəflər özlərini buna kökləməlidirlər. 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Belçika Senatının spikeri xanım Sabine de Butyun ilə görüşdə əsasən Qarabağ məsələsi ətrafında müzakirələr aparıb. 

Şura sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Belçikada səfərdədir, daha sonra onlar Almaniyaya yollanacaqlar. 

Belçika Senatındakı görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan A.Quliyev bu məsələdə Avropa İttifaqının (Aİ) seyrçi mövqeyindən və ikili standartlara yol verməsindən təəssüfləndiyini bildirib. İcrası məcburi olan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə Ermənistan tərəfindən məhəl qoyulmamasına Avropa İttifaqının adekvat münasibət bildirməməsinin doğru olmadığını və işğalçının cəzasız qalmasının bölgədə gərginliyin artmasına səbəb olduğunu diqqətə çatdırıb. Ukraynanın ərazi bütövlüyünün qorunması istiqamətində Avropa İttifaqının atdığı addımların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə də atılmasının vacibliyini vurğulayan şura sədri Belçikanı münaqişənin ədalətli həllinə töhfə verməyə çağırıb.

A.Quliyev S.Butyundan Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının birgə yaşayış imkanlarını müzakirə etmək üçün Brüsseldə görüşün keçirilməsinə köməklik göstərməyi xahiş edib.

Deputatın Avropa İttifaqının Ukraynaya münasibətdə atdığı addımların Dağlıq Qarabağlı bağlı da atılmasını səsləndirməsi sülh danışıqlarının yeni mərhələsində Azərbaycan tərəfinin təkliflərindən biri kimi də görünür. Əlbəttə, Aİ-nin bu addımı atması Ermənistanın işğalçılıq mövqeyindən çəkilməsi üçün siyasi baxımdan əhəmiyyət kəsb edən məsələdir... 
Bu arada isə xarici işlər naziri Elmar Məmmədyarovun açıqlaması da diqqətçəkəndir. “Fransa prezidenti tərəfindən AzərbaycanErmənistan prezidentlərinin görüşünə dair təklif gəldi və biz onun vaxtını və proqramını müəyyənləşdiririk”. Xarici işlər naziri Elmar Məmmədyarov serbiyalı həmkarı ilə birgə Bakıda keçirilən mətbuat konfransında belə deyib.

Nazir qeyd edib ki, regionda xoşagəlməz proseslər gedir. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində sülh sazişinin müzakirəsinə başlanılmalıdır. Bunun üçün Ermənistan öz qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmalıdır.
E.Məmmədyarovun fikrincə, sonuncu danışıqlar sübut edir ki, heç kəs bütün dünyada hər hansı müharibənin tərəfdarı deyil.

Nazir həmçinin qeyd edib ki, Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində xarici işlər nazirləri səviyyəsində həm Minsk Qrupunun həmsədrləri ilə, həm də Ermənistan xarici işlər naziri ilə görüş olacaq.

Onun sözlərinə görə, gələn həftə həmsədrlər Azərbaycana səfər edəcək. Müzakirələrdə əsas məsələ Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasıdır.
Azərbaycan bu mövqeyində tam haqlıdır və verilən açıqlamalar da o nikbinliyi yaradır ki, sülh danışıqlarının yeni mərhələsində rəsmi Bakının tələbi konkret olacaq; münaqişənin həlli üçün ilk növbədə Ermənistan qoşunları Azərbaycan ərazisindən çıxarılmalıdır. Bu münaqişənin həllinə aparan yeganə yoldur.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar