Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan təhsilinin Eldar Yunusov problemi


Hacıbala Abutalovun məmuru valdeynlərdən 100 manatı niyə istəyir?


Təhsil sektorundakı problemləri saymaqla bitib-tükənməz. Bu sahədə nə qədər islahatlar aparılsa da, vəziyyət düzəlmir ki, düzəlmir. 

Əksər sahələrdə olduğu kimi təhsildə də rüşvətxorluq və korrupsiya, məmur özbaşınalığı pik həddə çatıb. Amma nə Təhsil Nazirliyi, nə də digər qurumlar bunun qarşısını almaq üçün heç bir addım atmır.

Özbaşınalığın baş alıb-getdiyi dövlət idarələrindən biri də Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsidir. MilliYol.Az mətbuatda yayılan məlumatlara istinadən bildirir ki, idarə rəhbəri Eldar Yunusovun göstərişi ilə uşaqların bağçaya götürülməsi zamanı 100 manat rüşvət istənilir. 

Bağça müdirləri də bu imkandan yararlanaraq valideynlərdən 150 manat istəyirlər, yəni 100 Eldar Yunusov, 50 manat da özlərinin. Hətta bu günlərdə Yasamal rayonu, Ş.Qurbanov, 5 ünvanında yerləşən 38 saylı Uşaq Bağçasının keçmiş tərbiyəçisi Aynur Mahmudova mətbuata müraciət edib. O, bu yaxınlarda adıkeçən bağçanın direktoru Sədaqət Qəribova tərəfindən qanunsuz olaraq işdən azad olunduğunu bildirib. 22 illik peşə təcrübəsinə malik olduğunu deyən Aynur Mahmudova bunu bağçadakı qanunsuzluqlar, pul yığımına etiraz etməsi ilə əlaqələndirib. Aynur Mahmudova aprelin 5-də Uşaq Evləri və Məktəbəqədər Müəssisələr İdarəsinin rəisi Eldar Yunusovun qəbuluna çağırılıb. Onun sözlərinə görə, Eldar Yunusov məsləhət görüb ki, mətbuata şikayət etməsin: "Eldar Yunusovla görüşümdə mənə dedi ki, nahaq yerə Korrupsiyaya qarşı Mübarizə İdarəsinə yazmışam. Yunusovun sözlərinə görə, mənim şikayətimi baxmaq üçün ona göndəriblər. Dedi ki, ora şikayət etmək lazım deyil. Onsuz da bütün şikayətlər mənə yönləndiriləcək. Qarşı tərəfi də dinləyə bilərik".

Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindəki qanunsuzluqlarla bağlı redaksiyamıza başqa məlumatlar da daxil olub. Onları araşdırdıqdan sonra təqdim edəcəyik.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar