Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan uğrunda son döyüş


Qərbin alternativ planı işə düşür; Rusiyanın Ukraynadan vurulub çıxarılması ən əvvəl Güney Qafqazda əks-səda verəcək; geosiyasi mübarizədə cəbhə xətti yerini Qafqaza dəyişməkdədir...


Ukrayna böhranı çözümünə yaxınlaşır; Rusiyanın oradan vurulub çıxarılması ən əvvəl Güney Qafqazda əks-səda verəcək.

Geosiyasi mübarizədə cəbhə xətti yerini Qafqaza dəyişməkdədir; region uğrunda son savaş hazırlıqları sürətlənib; NATO-nun sentyabr sammiti Qarabağ üçün də dönüş nöqtəsi ola bilər...

Petro Poroşenkonun Ukrayna prezidenti seçilməsi ilə ölkənin cənub-şərqində başlanan uğurlu antiterror əməliyyatı tədricən, lakin labüd şəkildə kulminasiya nöqtəsinə yaxınlaşır. Separatçılar ətrafında mühasirə günbəgün daralmaqdadır. Ölkənin suverenliyini və ərazi bütövlüyün təhdid edən terrorçu qruplaşmalarının bir-biri ilə əlaqəsi artıq kəsilib, separatçıların baş yuvası olan Donetsk uğrunda həlledici döyüşə hazırlıqlılar gedir.
Ukraynada müharibə tamamlanmaq üzrədir. Poroşenko hökuməti çox ağıllı şəkildə, mülki əhali arasında ciddi itkilərə rəvac, Moskvanın əlinə isə bəhanə vermədən antiterror əməliyyatını yekunlaşdırmaqdadır. Təbii ki, bilavasitə Qərbin siyasi-diplomatik və mütəxəssis dəstəyi ilə gedən bu proses Kremli qəzəbləndirir. Fakt budur ki, Rusiya qısa zamanda Ukrayna dövlətini dağıdıb ipə-sapa yatmayan digər postsovet ölkələrinə göz dağı verə bilmədi, bacarmadı, planlar iflas oldu, o cümlədən Rusiyanı genişləndirmək projeləri fiaskoya uğradı.

İndilikdə rəsmi Moskva situasiyanın xilası üçün Ukraynaya humanitar yardım adı altında müdaxilə eləməkdən də çəkinir. Bu, onun üçün fəlakətlə nəticələnə bilər. Çünki ABŞAvropa onu bütün ciddiliyi ilə xəbərdar edib ki, belə bir addım atılarsa, “qırmızı xət”lərin hamısı keçilmiş sayılacaq və Rusiya qat-qat ağır sanksiyalarla üzləşəcək, faktiki, dünyada təklənəcək. Bunun ardınca Rusiyanın öz daxilində mərkəzdənqaçma proseslərinin dərinləşəcəyi də şübhə doğurmur. 

Kreml Ukraynada ABŞ hərbi qüvvələri ilə də üzləşə bilər. Məsələ ondadır ki, ötən həftə ABŞ Senatının qəbul elədiyi sənəd buna əsas yaradır. Sənəd Gürcüstan, Ukrayna və Moldovaya NATO xaricində ABŞ-ın müttəfiqi statusu tanımasını nəzərdə tutur. Bu, o deməkdir ki, adı çəkilən ölkələrə birbaşa hərbi təcavüz olacağı təqdirdə ABŞ onları təcavüzdən qorumaq üçün bu ölkələrin ərazisinə qoşun yeridə bilər. Qanun həmçinin, Azərbaycan və bizə digər gənc müstəqil ölkələrə Amerikaya hərbi kömək üçün müraciət eləmək hüququ verir. Öz növbəsində dünən Avropa Birliyi rəhbərliyi Rusiya müdaxiləsinin ciddiləşəcəyi təqdirdə ilk dəfə olaraq, Ukraynaya hərbi kömək ediləcəyini bildirib.
Göründüyü kimi, Rusiyanın Krım və Gürcüstan avantürasının təkrarlanmaması üçün Qərb, ələlxüsus Amerika hüquqi və hərbi xarakterli kontur-tədbirlər də görür. Bütün bunlar Putin Rusiyasının imperiya iştahını öldürməklə yanaşı, həm də Ukrayna, Gürcüstan, Moldova və Azərbaycanın özlərini daha inamlı hiss eləməsi və strateji seçim məsələsində Kremlin təzyiqlərinə baş əyməməsinə hesablanıb. Moskvada bunu yaxşı bilirlər. Onun da yaxşı fərqindədirlər ki, Qərb Krıma, 2008-ci il Gürcüstan müdaxiləsinə görə Putindən revanş götürmək üçün fürsət axtarır, bundan ötrü Rusiyaya tələ hazırlanır. 

Putinə isə geri çəkilmək çətindir, əzablıdır. Ona görə ki, velikorus virusuna yoluxmuş Rusiya cəmiyyəti qarşısında onun populyarlığı müstəsna olaraq xarici siyasətdəki avantüralara, imperiyanı genişləndirmək layihələrinə görə formalaşıb. Kreml başçısı geri çəkilməli olsa da, böyük ehtimalla, döyüşə-döyüşə bunu edəcək. Qərb qarşısında geosiyasi məğlubiyyətini topluma dozalaşdırılmış şəkildə həzm etdirməyə çalışacaq. 
Arxada isə Güney Qafqazdır - Rusiyanın Stalinqradı, son önəmli “qalası”. Heç şübhəsiz, postsovet məkanı uğrunda sonuncu və ən qəti savaş məhz Cənubi Qafqazda olacaq, cəbhə xətti buradan keçəcək. Lap dəqiqi, həlledici döyüş regionun “ipə-sapa yatmayan” açar ölkəsi Azərbaycan uğrunda olacaq. Gələn xüsusi məlumatları, bəzi tendensiyaları nəzərə alsaq, əminliklə deyə bilərik ki, bu qlobal siyasi “döyüş -  savaş” artıq startını götürüb... 
***
Rusiya, demək olar ki, Ukraynada uduzdu. İndi hamı yeni savaşa hazırlaşır, o cümlədən də NATO. Güney Qafqaz isə ilk növbədə Azərbaycan deməkdir, Dağlıq Qarabağ deməkdir. Şəkk-şübhəsiz, sonuncu qalanı - Azərbaycanı, Güney Qafqazı əldən verməmək üçün Moskva bütün rıçaqlardan, Qarabağ-erməni kartlarından, rusiyayanlılardan və “5-ci kolon”dan maksimum istifadə edəcək. 

Sərt mübarizə qaçılmazdır - ekspertlər əmindir. Mövzu ilə bağlı mediamıza danışan NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov deyir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsini nəzarətində saxlamaqla Cənubi Qafqazda daha çox qalmağa can atır. O, Kremlin Azərbaycandakı bəzi güclər vasitəsilə ölkədə çaşqınlıq törətməyə çalışacağını söyləyib: “Rusiya bu günədək hər hansı münaqişənin həllində heç zaman rol oynamayıb və oynaya da bilməz. Çünki onun siyasi xəttində sadəcə, işğalçılıq mövcuddur. Lakin artıq Qarabağ məsələsi həll olunmalıdır. Bunu beynəlxalq birlik də başa düşür”. 

F.Məmmədova görə, NATO-nun sentyabrın 4-5-də keçiriləcək Uels sammitində bağlı qapılar arxasında Cənubi Qafqazla bağlı müzakirələr də gedəcək: “Bu müzakirələrə Gürcüstanın NATO yolu, Qarabağ məsələsinin həll olunması, NATO-nun genişlənməsi, 2014-cu ilin sonunda Əfqanıstandan çıxan orduya Azərbaycandan tranzit kimi istifadə olunması və s. daxildir”.

Təhlilçiyə görə, Rusiya bu proseslərin olacağını yaxşı bildiyi üçün Azərbaycan daxilindəki bəzi güclər vasitəsi ilə, həmçinin, Ermənistanın əli ilə bir sıra prosesləri sürətləndirəcək. Onun qənaətincə, proseslər cəbhədə yenidən hərəkətlənmələrə də gətirib çıxara bilər. 
Fərrux Məmmədov Uels sammitindən sonra Qərbin Azərbaycana münasibətinin ciddiləşəcəyini də real sayır: “Amerikanın Azərbaycanla bağlı siyasəti heç zaman dəyişməyəcək. ABŞ üçün öncül məsələ demokratiya və insan haqları məsələsidir. Uels Sammitindən sonra bu məsələdə də Qərb ciddiləşəcək və yeni bir siyasi xətt görəcəyik. Azərbaycan dövləti üçün bu və ya digər formada basqılar da gözlənilir”.

***
Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə hesab edir ki, Rusiya Soçi görüşündə həm Qərbə, həm Ermənistana, həm də Azərbaycana yönəlik çoxlu mesajlar verib: “Əvvəla, Rusiya prezidenti heç zaman Qarabağ məsələsinin həllini istəməyib və bundan sonra da istəməyəcək. Bu görüşün keçirilməsinin də məqsədi Putinin öz gücünü göstərmək istəyi idi. Rusiya prezidenti bütün tərəflərə mesaj göndərdi ki, məsələnin həlli bizdən asılıdır. Moskva cəbhədəki son insidentlərlə həm də mesaj verdi ki, istədiyim zaman tərəfləri qızışdıra, istədiyim zaman barışdıra bilərəm”.

Politoloqların fikrincə, Qərb Putinin mesajlarını dəyərləndirib və Qafqazla bağlı alternativ planının icrasına başlamaq niyyətindədir. Buna “B planı” da demək olar. Bəzi rusiyalı ekspertlər məhz bu məqamdan çıxış edərək, sentyabr-oktyabr aylarında Ermənistan-Azərbaycan təmas xəttində gərginliyin artacağını istisna etmirlər.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar