Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşü – Hansısa irəliləyiş, yoxsa yenə bəyanat...


Politoloq: “Prezidentlərin Cenevrə görüşü tam şəkildə tərəflərin baxışlarının uzlaşdırılması istiqamətində cəryan edəcək”


Dağlıq Qarabağ məsələsinin həllində ola bilsin ki, Cenevrə prinsipləri də olsun və bu bizim üçün gözlənilməz deyil”.

Bu fikirləri Avrasiya İnstitutunun ekspertlər şurasının üzvü, politoloq Adıgözəl Məmmədov AzərbaycanErmənistan prezidentlərinin otyabrın 16-da Cenevrədə baş tutması gözlənilən görüşünü PİA.AZ-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi AzərbaycanErmənistan prezidentlərinin növbəti görüşünün vaxtı və yeri məlum olub. ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müzakirə etmək üçün AzərbaycanErmənistan prezidentlərinin 16 oktyabr 2017-cı il tarixində Cenevrədə görüşü keçiriləcək. Son zamanlar da bir çox rus politoloqlarının Dağlıq Qarabağla tezliklə Ermənsitan işğal etdiyi 5 rayonu qaytaracağ ilə bağlı proqnozlar verirlər. Rus politoloqlarının Qarabağla bağlı açıqlamaları çox zaman AzərbaycanErmənistan mətbuatında geniş müzakirələrə səbəb olur. Hansı ki, Rusiya politoloqlarının indiyə qədər Dağlıq Qarabağ konflikti barədə verdiyi proqnozlar heç zaman özünü doğrultmayıb.   

Bir neçə gün əvvəl isə tanınmış rusiyalı analitik və politoloq Vladimir Yevsey iddia edib ki, Qarabağ cəbhəsində gələn ilin martına qədər nisbi sakitlik hökm sürəcək və bu Rusiyada gözlənilən prezident seçkiləri ilə birbaşa bağlıdır. Rusiyalı politoloq bildirib ki, Moskva Soçi görüşü zamanı regionda sabit situasiyanın saxlanması ilə bağlı İlham Əliyevdən bəzi zəmanətlər alıb. Bu iddia əsasında demək olar ki, Kreml Qarabağ cəbhəsində məhz Rusiyada keçiriləcək seçkilər zamanı yeni müharibənin başlanmasından ehtiyat edir və Azərbaycan bu durumdan bu və digər şəkildə yararlana bilər.

Bəs prezidentlərin Cenevrə görüşündə 5 rayonun qaytarılması ilə bağlı verilən proqnozlar reallaşa bilər, yoxsa yenə hər şey bəyanatla bitəcək?   

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Avrasiya İnstitutunun ekspertlər şurasının üzvü, politoloq Adıgözəl Məmmədova müraciət edib.

Image result for adıgözəl məmmədov

Adıgözəl Məmmədov: “Ola bilsin ki, prezidentlərin Cenevrə görüşündə işğal olunmuş torpaqlarımızın azad olunması yolunda artıq konkret yeni bir uzlaşdırılma olsun”.


Politoloq Adıgözəl Məmmədovun fikrincə Azərbaycanın ərazi bütövlüyü prinsipləri sovet dönəmində olduğu kimi Dağlıq Qarabağ muxtar vilayətinin Azərbyacanın tərkibində bərpa olunması, yaxud da sülh şəraitində Ermənistanla müəyyən mədəni əlaqələrin saxlanılması istiqamətində ola bilər:

“Ümumiyyətlə prezidentlərin Cenevrə görüşü tam şəkildə tərəflərin baxışlarının uzlaşdırılması istiqamətində cəryan edəcək. Həm də Azərbyacn tərəfinin, yəni prezidentimizin yetərincə, Ermənistan Azərbaycan münaqişəsinin həlli istiqamətindəki, fikirləri, təklifləri beynəlxalq ictimaiyyətə məlumdur. Yəni Azərbaycan tərəfi faktiki olaraq Dağlıq Qarabağ probleminin həllinin hansı formada olacağını bəyan edib. 

Ola bilər ki, Cenevrə görüşündə müəyyən detallar üzərində razılaşmalar, yaxud da fikirlərin uzlaşdırılması həyata keçiriləcək. Çünki işğal olunmuş torpaqlardan işğalçı ordunun çıxarılması barədə bir neçə prinsip var. Bu prinsiplərdən Madrid, Kazan prinsiplərin demək olar. Yəni bu prinsiplərin ümumi məcmuəsi Qarabağ probleminin həllinə söykənib. 

Amma həmin prinsiplərdə problemin həlli istiqamətindəki, hərəkət mexanizminin müəyyən detallarında fərqlər var. Ola bilsin ki, prezidentlərin Cenevrə görüşündə işğal olunmuş torpaqlarımızın azad olunması yolunda artıq konkret yeni bir uzlaşdırılma olsun. Yəni Dağlıq Qarabağ məsələsinin həllində ola bilsin ki, Cenevrə prinsipləri də olsun və bu bizim üçün gözlənilməz deyil. Bütün bu prinsiplərin də ümumi bir məxrəci tapılmalıdır. Cənab prezidentimiz də dəfələrlə deyib ki, Azərbaycan öz ərazi bütövlüyündən bir addım da geri çəkilmir. Problemin həlli də yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü prinsipləri çərçivəsində həll oluna bilər. 

Yəni Azərbaycanın ərazi bütövlüyü prinsipləri sovet dönəmində olduğu kimi Dağlıq Qarabağ muxtar vilayətinin Azərbyacanın tərkibində bərpa olunması, yaxud da sülh şəraitində Ermənistanla müəyyən mədəni əlaqələrin saxlanılması istiqamətində ola bilər. Çünki Azərbaycan dövlətinin siyasətindən biri də multikulturalizm siyasətidir. Yəni bizim xalqımız çoxmillətli xalq olmağa bərbərdir, həm də çox mədənidir. Bəlkə də Azərbaycan dünyada az-az tapılan ölkələrdən biridir ki, həm dini konvensiyaların, həm çoxmillətli mədəniyyətlərin birgə yaşayış düsturunu bütün dünyaya təqdim edir”. 

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar