Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan xalqının milli-mənəvi dəyərlərini müəyyənləşsirən münsiflər heyəti


Xahiş edirik, diqqətlə oxuyun


Bu insanlara elə gəlir ki, onlar hamımızın yerinə milli-mənəvi dəyərlərimizin necə olmasını müəyyənləşdirə bilərlər. Diqqətli olun. Aralarında tovaraved də var, sadəcə revizor da, jek müdiri də. Ən yaxşı halda Moskva Universitetinin rus dilini bilməyən yetirməsi də. Beləliklə:



NUŞIRƏVAN MƏHƏRRƏMOV - Milli Televiziya və Radio Şurasının sədri. İmişlinin Muradxanlı kəndində anadan olub. İxtisasca tarixçi və Moskva Dövlət Universitetini bitirdiyini sübut edən diploma malik olsa da, RUS DİLİNİ BİLMİR. 1917-1918-ci illərdə "Azərbaycanda milli məsələyə dair partiyalararası mübarizə” mövzusunu araşdırıb. BOLŞEVİKLƏRİN TƏRƏFİNDƏN. Milli-mənəvi dəyərlər barədə təsəvvürləri ancaq MTRŞ-da sədr kimi fəaliyyətə başlayandan sonra formalaşmağa başlayıb.



QAFAR  CƏBİYEV - Milli Televiziya və Radio Şurası sədrinin müavini. İsmayıllının Talıstan kəndində anadan olub. 1973-1974-cü illərdə kənd məktəbində tarix müəllimi işləyib. İsmayıllının “Zəhmətkeş” qəzetində məktublar şöbəsində işləyib. 1978-1980-ci illərdə İSMAYILLI RAYKOMUNDA TƏLİMATÇI olub. Milli-mənəvi dəyərlər barədə təsəvvürləri ancaq MTRŞ-da sədr müavini kimi fəaliyyətə başlayandan sonra formalaşmağa başlayıb.



Ağayev Əlvan Həsən oğlu. 1960-cı ildə Şərur rayonunda anadan olub. NARXOZ kimi tanınan Xalq Təsərrüfatı İnstitunun əmtəəşünaslıq fakültəsini bitirib, Şərur şəhər təsərrüfatlararası tikinti idarəsində fəhlə işləyib. 1982-ci ildə Kooperativ komisyon ticarəti idarəsində tədarükçü olub. 1987-ci ildə Şərur şəhər istehlak cəmiyyətində ərzaq malları üzrə əmtəəşünas (TOVARAVED!), 1988-ci ildə həmin idarədə təftişçi, 1990-1996-cı illərdə Şərur şəhər istehlak cəmiyyətində baş əmtəəşünas (BAŞ TOVARAVED) vəzifələrində çalışmışdır. Milli-mənəvi dəyərlər barədə təsəvvürləri ancaq MTRŞ-nın üzvü kimi fəaliyyətə başlayandan sonra formalaşmağa başlayıb.



Elyazov Mübariz Elyaz oğlu. 1967-ci ildə Vardenis rayonunda anadan olub. 1984-cü ildə Moskva şəhərində 84 saylı TEXNİKİ-PEŞƏ MƏKTƏBİNƏ daxil olmuş, 1985-ci ildə həmin məktəbi ELEKTRİK ixtisası üzrə bitirib. 1988-1993-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub. 1995-1999-cu illərdə ÇITA VİLAYƏT PROKURORLUĞUNDA PROKUROR KÖMƏKÇİSİ VƏ MÜSTƏNTİQ vəzifələrində işləyib. Milli-mənəvi dəyərlər barədə təsəvvürləri ancaq MTRŞ-nın üzvü kimi fəaliyyətə başlayandan sonra formalaşmağa başlayıb.



Cəfərov Məmməd Hüseyn oğlu. 1959-cu ildə Şərur rayonunda anadan olub. Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsində təhsil alıb. XƏZƏR DƏNİZ DONANMASINDA TƏMİR QRUPUNDA BÖYÜK ELEKTRİK vəzifəsində çalışıb. 1999-2001-ci illərdə Xətai rayonunda MİS-in rəisi (YƏNİ BİZİM DİLDƏ DESƏK: JEK) vəzifəsində, 2002-2003-cü illərdə isə Ekologiya və Təbii Sərvətlər Nazirliyində müfəttiş (REVİZOR!) vəzifəsində çalışıb. Milli-mənəvi dəyərlər barədə təsəvvürləri ancaq MTRŞ-nın üzvü kimi fəaliyyətə başlayandan sonra formalaşmağa başlayıb.



Xəlilov Aslan Xası oğlu. 1962-ci ildə Şamaxı rayonunda anadan olub. 1982-1985-ci illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb. 1985-1988-ci illərdə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsində təhsilini davam etdirib. 1989-cu ildən 2003-cü ilədək Bakı Slavyan Universitetinin tarix kafedrasında İŞLƏYİB. Dərindən bildiyi sahə MÜSƏLMANLARA QARŞI SOYQIRIMDIR. Milli-mənəvi dəyərlər barədə təsəvvürləri ancaq MTRŞ-nın üzvü kimi fəaliyyətə başlayandan sonra formalaşmağa başlayıb.

Və bu adamlar milli-mənəvi zövqümüzü müəyyənləşdirir! Bu insanların formalaşdırdığı zövq bir zamanlar çalışdıqları sahələrdən keçir. Biri montyor, biri raykom işçisi, biri JEK, biri sadəcə bolşevik tarixçi… Milli-mənəvi dəyərlər sistemi deyil e.. MMDS-di. Dəyərlərinizi yeyəsiniz…

HARDASINIZ AY ANAR? AY TAHİR SALAHOV? AY ARİF MƏLİKOV? AY HACI ALLAHŞÜKÜR PAŞAZADƏ? AY ŞƏFİQƏ MƏMMƏDOVA? AY RAMİZ RÖVŞƏN? AY ABEL MƏHƏRRƏMOV ? AY RASİM BALAYEV? AY ADLARINI ÇƏKMƏDİYİMİZ ONLARLA ƏSL ZÖVQLÜ!!!

Yəni bu ölkədə ziyalı qurtarıb artıq elektriklər baxır zövq işinə. Nə olsun ki,  elektrik də işığa baxır!?

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar