Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan “İsgəndər”ə qarşı raket alır - Video


Moskvanın “Kommersant” qəzetinin məlumatına görə, bu il Belarus Azərbaycana on ədəd “Polonez” yaylım atəşli reaktiv sistem göndərəcək. Belarus Müdafiə Nazirliyindəki mənbə qəzetə bildirib ki, müqavilə on komplekt RSZO (raketlər, idarəetmə məntəqəsi, radiolokasiya stansiyaları və s.) verilməsini nəzərdə tutur


Hüquqi sənədlər yekun mərhələsindədir, sifarişçi ödəniş məsələsinin həllini başa çatdırır. Müqavilənin məbləği açıqlanmır.

Bakı çoxdan Belarusun “Polonez”inə “göz qoyub”. Azərbycanın müdafiə naziri Zakir Həsənov bu yaxınlarda Minskdə həmin raket sistemi ilə tanış olub. Rusiyadakı hərbi ekspertlər bu sövdələşməni Bakının Ermənistana “İskander” raket sisteminin göndərilməsinə cavab kimi baxır.

Qeyd edək ki, bundan öncə bir sıra Belarus KİV-i Ermənistanın təzyiqi ilə Minskin Azərbaycana “Polonez” göndərməkdən imtina etdiyini bildirmişdi. O zaman Bakıya raket sisteminin göndərilməsi ilə bağlı danışıqlar Yerevanın etirazına səbəb olmuşdu. Yerevan Minski üzv olduğu KTMT-nin nizamnaməsini pozmaqda ittiham etmişdi. Lakin hadisələr göstərdi ki, bu cür yazılar Yerevanı sakitləşdirmək üçün manevr idi.

“Polonez””in taktiki-texniki xüsusiyyətlərinə gəlincə, bu sistem düşmənin qrup şəklində və ya tək hədəfini, canlı qüvvə və texnikasını məhv etmək üçün nəzərdə tutulub.

300 mm. kalibrli raket Amerikanın RSZO HIMARS sistemindən iki dəfə uzağa uçur və peyk naviqasiyası əsasında korrektirovka sistemi ilə təchiz edilib. Hədəfdən yayınma 30 m.-i ötmür. Altı hərbi maşından ibarət “Polonez” batareyası bir atəşlə 100 kv. km. sahədə yerləşən 48-dək ayrı-ayrı hədəfi vura bilir.

Raket 280 km. məsafədə atəşi təmin edən peyk idarəetmə sisteminə malikdir. 480 kq. çəkisində döyüş hissəsi 560 kq. trotil gücə malikdir.

Bu o deməkdir ki, Ermənistan ərazisi və Dağlıq Qarabağ güclü raket zərbəsi altında qala bilər. Əsasən Naxçıvan ərazisindən Ermənistanın paytaxtına zərbə endirilə bilər. (Turan)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar