Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan “Putin İttifaqı“na qoşula bilər, amma bir şərtlə...


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkənin Avrasiya İqtisadi Birliyinə (AİB) daxil olması ehtimalını şərh edib


Rusiyanın "Rossiya-24" telekanalına müsahibə verən nazir Azərbaycanın hazırkı rəhbərliyinin milli maraqlara uyğun fəaliyyət göstərdiyini qeyd edib.

"AİB-də gömrük ittifaqı əsas istiqamətlərdən birini təşkil edir, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı isə bu ölkə ilə vahid gömrük ittifaqı çərçivəsində olmağa imkan vermir. Əgər Ermənistan öz qoşunlarını çıxararsa, sərhədlər açılarsa, vəziyyət normallaşarsa, ErmənistanAzərbaycan arasında iqtisadi münasibətlər yaranarsa, onda sabah nə baş verəcəyini heç kim deyə bilməz?!", - E.Məmmədyarov deyib.

Nazir vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin hələ öz həllini tapmamasına baxmayaraq, o, tərəflərin ümumi təmas nöqtələrini tapacağına ümid edir: "Mən nikbinliklə düşünürəm ki, bunun uzun bir proses olduğuna görə, biz hər şeyi bir dəfəyə həll edə bilməsək də, tədricən, mərhələli şəkildə münaqişənin həlli yollarını qarşılıqlı etimad əsasında tapmaq üçün ortaq məxrəcə gələ biləcəyik".

AzərbaycanRusiya münasibətlərindən danışan E.Məmmədyarov qeyd edib ki, bu münasibətlər çox yüksək səviyyədədir və həm siyasi, həm də iqtisadi, eləcə də humanitar sahələri əhatə edir.(report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ən çox oxunanalar