Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycana Rusiyadan yeni aprel təhlükəsi


Ölkə simmetrik işğal hədəsi ilə üz-üzə; 94 il öncəki kimi, bu gün də müstəqilliyimizə əsas təhdid şimaldan gəlir; Qarabağ problemi, “5-ci kolon” o vaxt da Kremlin əlinə işləmişdi; indi də hər iki amil “içəridən potensial sarsıdıcı zərbə” rolundadır...


Putin RusiyaSSRİ-ni bərpa eləmək yönündə cəhdlərini davam etdirir. Rusiyanın postsovet ölkələri ərazisindəki separatçı bölgələrin, o sırada Dağlıq Qarabağın erməni əhalisinə rus pasportları paylaması haqda intensivləşən xəbərlər, keçmiş müttəfiq respublikalarda yaşayan insanların Rusiya vətəndaşlığı almasını asanlaşdıran qanunun qəbulu bu cəhdlərin ciddiliyinə şəkk-şübhə saxlamır.

Tarixin arxivinə gömülmüş sovet imperiyasını təzədən reanimasiya eləmək yönündə Kremlin səyləri əlbəttə ki, çoxşaxəlidir və təkcə postsovet məkanı ölkələri ilə məhdudlaşmır. Bu səylər eyni zamanda fövqəlgücləri, öncəliklə Qərbi, ABŞ-ı qorxutmağa və fakt qarşısında qoymağa hesablanıb. Aşkar görünür ki, Kreml öz məqsədinə çatmaq üçün mövcud beynəlxalq hüquq sistemini də təftiş eləməyə, hətta dünyanı təzədən, zorla bölüşdürməyə çalışır.

Ən qorxulusu da budur. Çünki İkinci cahan savaşından sonra Avrasiya məkanında, bütövlükdə dünyada sabitlik və təhlükəsizlik sistemi pis-yaxşı məhz ümumi qəbul edilmiş “Helsinki Yekun Aktı”na, ölkələrin ərazi bütövlüyü və toxunulmazlığı prinsiplərinə hörmətə əsaslanırdı.

Şimal qonşumuzun son davranışları və Krım avantürası sözsüz ki, müstəqil Azərbaycan üçün də ciddi təhlükə kəsb edir. Tərs kimi, 94 il öncəki kimi bu gün də bir sıra reallıqlar və şərtlər xeyli dərəcədə oxşarlıq kəsb edir və heç də xeyrimizə deyil.

Məsələn, ötən əsrin 20-ci illərinin sonlarında da mühüm enerji qaynağı kimi Azərbaycanın RusiyaAvropa üçün önəmi böyük idi, indi də Moskva neft-qaz təhdidi ilə Avropanı diz çökdürmək üçün ilk növbədə Azərbaycanı tam nəzarətinə almağa çalışır.

O vaxt - Cümhuriyyət dönəmində də Qarabağ problemi, gənc dövlətimizin qərb bölgələrimizə mütəmadi erməni hücumları AXC ordu birləşmələrinin səpələnməsinə və Rusiyanın şimaldan ölkəmizə hərbi təcavüzünə zəmin yaratmışdı, bu gün də Qarabağ kartı Kremlin əlində işlək vəziyyətdə qalmaqdadır.

O zaman - 1920-ci ilin aprelində də Azərbaycan daxilində, onun çoxpartiyalı parlamentində “5-ci kolon”, ələlxüsus da separatçı və satqın ünsürlər, kommunist-bolşevik tör-töküntüləri müstəqilliyimiz əleyhinə altdan-altdan təbliğat aparır, xalqı rus işğalının zəruriliyinə inandırmağa çalışırdılar; indi də Cümhuriyyət varisi olan Azərbaycan Respublikasında Kremlin “5-ci kolon”u və gizli-açıq təbliğatçıları xalqın bəlli durumundan, üzücü Qarabağ məsələsindən süi-istifadə edərək hərəkətə keçiblər.

Bu xüsusda ikicə yeni faktı qeyd eləməyə dəyər. Biri odur ki, dünən şimal rayonlarımızdan birində, əhalisinin əksəriyyəti ləzgi olan Qusarda hansısa separatçı ünsürlər Rusiya bayrağı qaldırmağa cəhd ediblər. Cəhdin qarşısı alınsa da, hər halda, bunu Kremlin Azərbaycana növbəti ismarışı kimi qəbul eləmək olar. Maraqlıdır ki, bu olaydan bir neçə gün öncə Rusiya daxili işlər nazirinin şimal bölgəmizə gizli səfəri barədə məlumatlar yayılmışdı. Təsadüfmü?

Onu da yaddan çıxarmayaq ki, 1920-ci ilin aprelində Rusiya işğalı öncəsi (həmin ilin yanvarında), AXC-nin müstəqilliyi əksər aparıcı dövlətlər tərəfindən tanınmış, bəzilərində hətta səfirlik mübadiləsi olmuşdu. Amma bu fakt şimal qonşumuzun təcavüzünə mane olmadı.   

Doğrudur, XXI əsrdə bir suveren dövlətin başqa suveren dövlətin ərazisinə qoşun yeritməsi kifayət qədər qəliz məsələdir. Üstəlik, Azərbaycan cəmi 2 il yox, 23 ildir daha etibarlı şəkildə beynəlxalq hüququn subyektidir, BMTATƏT-in üzvüdür. Fəqət, 2008-ci ildə Rusiyanın Gürcüstana hərbi müdaxiləsi, indi də Krımı sivil dünyanın gözü qarşısında ilhaq eləməsi göstərdi ki, Kreml 94 il öncəki kimi, yenə heç nəyə, heç bir beynəlxalq öhdəliyə məhəl qoymadan qonşu və suveren ölkənin ərazisinə soxula bilər.

Sözsüz ki, konkret olaraq Azərbaycanın təhlükəsizliyi NATO üzvü olan güclü Türkiyə amili fonunda xeyli zəmanətli təəssüratı bağışlayır, amma ortada artıq gözü çıxan Gürcüstanın nümunəsi ilə yanaşı, təptəzə və  qorxulu Ukrayna presedenti var. Hər necə olmasa, “şər deməsən, xeyir gəlməz”.

Təhlillər göstərir ki, Azərbaycanın öz milli təhlükəsizlik konsepsiyasını regiondakı və dünyadakı yeni reallıqlara uyğun dəyişdirməsinə, orada suverenliyimizə və ərazi bütünlüyümüzə yeni təhlükələri, həmçinin də dost-müttəfiqlərimizi təzədən sıralamasına lüzum yaranıb.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar