Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycana gələn miqrantların sayı artıb



Azərbaycan əcnəbilər üçün yaşamaq və biznes fəaliyyəti ilə məşğul olmaq üçün əlverişli məkana çevrilib


Bu sözləri “Caspian European Club” təşkilatçılığı ilə keçirilən biznes forumda çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəhbəri Firudin Nəbiyev deyib.

O bildirib ki, Azərbaycanda gedən iqtisadi inkişaf və siyasi sabitlik nəticəsində ölkəmizə gələn miqrantların sayı artıb. Bundan başqa, Azərbaycana investisiya yatırımlarının sayı da çoxalıb və bu o deməkdir ki, Azərbaycan düzgün iqtisadi siyasət yürüdür.

F.Nəbiyev qeyd edib ki, vətəndaşlıq almaq üçün başqa ölkələrdən müraciət edənlərin də sayı çoxalıb:

“Müraciətlər daha çox MDB ölkələrindən olur. 90-cı illərin əvvəllərində siyasi sabitliyin olmadığı zaman ölkədən gedən bir çox azərbaycanlılar da son zamanlar Azərbaycana geri qayıdaraq vətəndaşlıq almaq üçün müraciət edirlər.

Rusiyadakı iqtisadi böhran, Ukraynadakı siyasi sabitliyin olmaması isə həmin ölkələrdəki azərbaycanlıların geri qayıtmasına ciddi təsir göstərməyib.

Azərbaycan demokratik ölkədir və bütün qanunlar milliyətindən asılı olmayaraq hər kəs üçün eynidir. Əgər Azərbaycanın işğal altında olan əraziləri geri qayıdarsa, o zaman Dağlıq Qarabağ əhalisinin Azərbaycan vətəndaşlığına alınması məsələsinə baxıla bilər”.

Miqrasiya sahəsində qəbul edilən yeni qanunlardan danışan xidmət rəisi vurğulayıb ki, son illər miqrasiya sahəsində qanunlar sadələşədirilib və gələcəkdə sadələşdirmə daha da çoxalacaq:

Azərbaycanda gedən sürətli iqtisadi inkişaf ölkəyə gələn miqrantların sayının çoxalmasına şərait yaradır. Bu da rəqabətliliyi artırır. Azərbaycan dövləti də bunda maraqlıdır.

Ən əsas sadələşdirmə əcnəbi investorlar üçün edilib. Belə ki, Azərbaycanda biznes fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilər 500 min manat investiya yatırmaqla öz işlərini qura bilərlər. Həmin şəxslərə Azərbaycanda müvəqqəti yaşamaq üçün 3 illik icazə verilir. Bu icazə 100 min investisiya yatıranlara isə 1 ildir. Artıq Azərbaycan vətəndaşları ilə nikah quran əcnəbi vətəndaşlar isə heç bir icazə almadan biznes fəaliyyəti ilə məşğul ola bilərlər”.

Firudin Nəbiyev sonda sözlərinə əlavə edib ki, Azərbaycanda fəaliyyət göstərən şirkətlərin qanunsuz əcnəbi işçi çalışdırması ilə bağlı faktlar da aşkarlanır:

“Biz bununla bağlı ciddi tədbirlər görürük. Son zamanlar artıq belə faktlar kifayət qədər azalıb”. (gun.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar