Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycana qaçaq yolla ən çox hansı mallar gətirilir?

Azərbaycana qaçaq yolla əsasən narkotik tərkibli maddələr, tütün məhsulları, spirtli içkilər və mobil telefonların keçirilməsi cəhdləri olur


APA-nın verdiyi məlumata görə, bunu Gömrük Komitəsinin sədri, gömrük xidməti general leytenantı Aydın Əliyev deyib.

O qeyd edib ki, Azərbaycanın İranla sərhəd keçid məntəqəsində ən böyük təhlükə narkotik vasitələrin ölkəyə keçirilməsi ilə bağlıdır: “Bu ilin 8 ayı ərzində gömrük orqanlarının əməkdaşları tərəfindən artıq 1 ton 100 kiloqramdan artıq heroin aşkar olunaraq götürülüb. Hər gün az miqdarda da olsa ayrı-ayrı vətəndaşlar tərəfindən narkotik və psixatrop tərkibli maddələrin keçirilməsinə cəhd edilir”.

Komitə sədri əlavə edib ki, bütün sərhəd keçid məntəqələrində tütün məhsullarının ölkəyə qaçaq yolla gətirilməsinə cəhd olunur. Onun sözlərinə görə, spirtli içkilərin ölkəyə qanunsuz yolla daxil olması halları daha çox Gürcüstan və Rusiya tərəfində müşahidə olunur: “Eyni zamanda, Gürcüstanla sərhəd keçid məntəqəsində vətəndaşların qanunsuz olaraq ölkəyə mobil telefonlar keçirmək cəhdi böyük problemlər yaradır”.

A. Əliyev əlavə edib ki, vətəndaşlar kommersiya və istehsalat məqsədləri üçün ölkəyə gətirilən məhsullara edilən güzəştləri düzgün başa düşmür və kommersiya məqsədləri üçün gətirilən mallara güzəştlər edilməsini istəyirlər: “Nazirlər Kabinetinin 305 saylı qərara etdiyi son dəyişiklər bu məsələyə tam aydınlıq gətirib”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar