Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycana qarşı 150 minlik təzminat iddiası


Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan dövləti ilə 6 iş üzrə kommunikasiyaya başlayıb


İyulun 23-də “Media forum” saytına danışan vəkil Əsabəli Mustafayev deyib ki, kommunikasiya müsavatçı Əhəd Məmmədli, AXCP üzvü Babək Həsənovun iki, “Nida” Vətəndaş Hərəkatından Ülvi Həsənli, cəbhəçi Dəyanət Babayevin bir işi üzrə gedir: 

“Bu işlər Əhəd Məmmədlinin 2011 və 2013-cü illərdə aksiyalar zamanı saxlanaraq inzibati həbsi və işgəncələrə məruz qalması, Babək Həsənovun 2013-cü ildə iki dəfə inzibati həbsi, Dəyanət Babayevin və Ülvi Həsənlinin inzibati həbsləri ilə bağlıdır. Avropa İnsan Hüquqları Məhkəməsi qarşısında bu dörd şəxsə münasibətdə Avropa Konvensiyasının 3-cü (işgəncələrin qadağan olunması ), 5-ci (tutulmanın qanunsuz olması), 10-cu (ifadə azadlığının pozulması), 11-ci (sərbəst toplaşmaq azadlığının pozulması) və 14-cü (siyasi ayrı-seçkiliyə məruz qalma) maddələrinin pozulduğu qaldırılıb”.  

Vəkilin sözlərinə görə, altı iş üzrə qoyulan kompensasiyanın məbləği 150 min avroya yaxındır: “Hakimiyyətə həmin işlər üzrə öz fikirlərini, şərhlərini bildirmək üçün 3 ay vaxt verilib. Həmin müddətin 3 həftəsi geridə qalıb”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar