Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycana yeni hücum


Millət vəkillərimiz hər kəsi çox ehtiyyatlı olmağa çağırdılar


Erməni təxribatı təkcə cəbhə xətti ilə bitmir. Bizimlə həm də informasiya müharibəsi aparan rəsmi İrəvan indi də Azərbaycanda həyata keçəirləcək beynəlxalq tədbirlərdən ciddi narahatlıq keçirir. Avropa Oyunları ərəfəsində Azərbaycana qraşı bəzi xarici kütləvi informasiya vasitələrində yer alan anti-Azərbaycan məlumatları ilə bağlı məsələ parlamentin bu günkü iclasında da müzakirə çıxarılıb. Millət vəkilləri hər kəsi çox ehtiyyatlı olmağa çağırıblar.

Avropa Oyunları qabağı Azərbaycanda sabitliyi pozmağa cəhd edən qüvvələr fəallaşıb. Xüsusən dini ekstrimizm meylləri artıb. Bir neçə gün əvvəl MTN ölkənin ayrı-ayrı yerlərində terror törətməyə çalışan silahlı dəstəni zərərsizləşdirdi. 

Məlum oldu ki, həmin qruplaşma ölkədə sabitliyi pozmaq üçün planlar hazırlayırmış. Məsələ bu gün Milli Məclisin iclasında da müzakirə predmeti idi. Millət vəkilləri beynəlxalq tədbiri pozmağa çalışan qüvvələrə qarşı mübarizənin gücləndirilməli olduğunu söylədilər.

Millət vəkli Sədaqət Vəliyeva bildirdi ki, bəzi qruplar çalışırlar ki, Azərbaycanı dünyaya qeyri-sabit ölkə kimi təqdim etsinlər.

Millət vəkili Zahid Oruc isə Suriya, İraqla əlaqəli istintaq altında olan 30 nəfərin arasında ölkədən xaricdə dini təhsil almağa gedənlərin də olduğunu diqqətə çatdırıb. Ölkədən kənarda dini təhsilə qadağanın tətbiqini vacib saydı:

“Reallıq bundan ibarərdir ki, bu insanlar yenə də öz fəaliyyətlərinin davam edirlər. Misirdə təhsil başa vurmuş şəxs, o ölkənin modelini bu ölkəyə gətirmək istəyir. Bu azmış kimi, o ölkələrin modelini gətirmək istəyənlər, paralel şəkildə onların arasında olan ixtilafları da sanki Azərbaycana daşınmış olur”.

Bəzi millət vəkilləri Avropa Oyunlarına kölgə salmaq istəyənlərin olduğunu bildiriblər. Eləcə də Azərbaycana qarşı qarayaxma kampaniyası aparıldığını, bunun da arxasında ermənipərəst qüvvələrin, onların xaricdəki dayaqlarının durduğunu söylədilər.

Millət vəkili Qüdrət Həsənquliyev: "Onların dünyanın aparıcı güclərində böyük lobbiləri var. Onlar ölkələrin siyasətinə təsir edə bilirlər. Həmin ölkələr də bu beynəlxalq insan hüquqları müdafiə təşkilatlarını maliyyələşdirirlər”.

Deputat Siyavuş Novruzov isə bəzi beynəlxalq təşkilatlara Azərbaycanla bağlı böhtan xarakterli materiallar ötürənləri sapı özümüzdən olan baltalar adlandırdı:

Azərbaycanda “Eurovision” vaxtında da belə kampaniyalar gedirdi. Burada sapı özümüzdən olan baltalar da var. Sapı özümüzdən olan baltalar demək olar ki, bunlara bilavasitə bu məsələlərdə dəstək verirlər”.

Millət vəkilləri parlamentdə bu gün hesabat verən Ombudsman Elmira Süleymanovaya müraciət edərək Avropa Oyunlarına qarşı kampaniya aparan təşkilatlarla mübarizə üçün çağırış etdilər.(Ans Tv)



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar