Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycana yeni pambıqyığan kombaynlar gətirilir



Sabirabad rayonunda pambıqçılıqda istifadə edilən yeni kənd təsərrüfatı texnikalarının təqdimat mərasimi keçirilib


Kənd Təsrrüfatı Nazirliyinin mətbuat xidmətindən bildirildiyinə görə, tədbirdə nazir Heydər Əsədov, müvafiq qurumların rəhbər şəxsləri və əməkdaşları, pambıqçı fermerlər, alimlər, kənd təsərrüfatı mütəxəssisləri iştirak edib.

Sentyabrın 22-də dövlət başçısının pambıqçılıqla bağlı imzaladığı yeni sərəncam barədə məlumat verən H.Əsədov bildirib ki, bu sərəncam ölkədə kənd təsərrüfatının ənənəvi sahələrindən birinin inkişafına dövlət dəstəyinin gücləndirilməsi, pambıqçılığın potensial imkanlarından səmərəli istifadə edilməsi, pambıq istehsalına əhalinin marağının artırılması və sosial rifahının daha da yaxşılaşdırılmasına öz töhfəsini verəcək. Nazir vurğulayıb ki, artıq subsidiyalar əkin sahəsinə görə deyil, əldə olunan məhsula görə veriləcək ki, bu da son nəticədə məhsuldarlığın artmasına səbəb olacaq.

Eyni zamanda nazir “Aqrolizinq” ASC-nin xətti ilə ölkəyə gətirilən yeni texnika və məhsuldarlığın artırılması məqsədilə tətbiq olunan mütərəqqi texnologiya barədə məlumat verib: “Pambıqçılıqda istifadə edilməsi məqsədilə 1591 ədəd kənd təsərrüfatı texnikası gətirilib. Bu proses davam etdiriləcək. Oktyabr ayının 15-nə kimi Azərbaycana yeni pambıqyığan kombaynlar gətirilərək fermerlərin istifadəsinə veriləcək. Bu kombaynlar əsasən “John Deere” şirkətinin istehsal etdiyi ən müasir texnikalardır. Pambıq toxumçuluğuelmi əsaslarla yenidən qurulmalı, bu sahəyə diqqətartırılmalıdır”.

Sonra rayonun Xəlifəli kəndində pambıq sahələrinə baxış keçirilib, yeni alınan kombaynların yığım prosesi ilə tanış olub.







pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Ən çox oxunanalar