Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda 78 dövlət əmlakı hərraca çıxarılıb



Noyabrın 22-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçiriləcək


Əmlak Məsələləri Dövlət Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu hərraca ümumilikdə 78 dövlət əmlakı çıxarılıb.
 
Qeyd edək ki, hərraclar açıq keçirilir və istənilən şəxs hərracda iştirak edə və əmlak sahibi ola bilər. Hərracda iştirakçı hüququnu əldə etmək üçün komitənin elektron xidmətlər portalı vasitəsi ilə elektron qaydada, habelə Hərracların Təşkili üzrə Auksion Mərkəzi və onun regionla bölmələrində sifariş verib, əmlakın satış qiymətinin 10%-i məbləğində beh ödəmək kifayətdir. sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.
 
Hərraca çıxarılan dövlət əmlaklarının 26-sı özəlləşdirmə prosesi çərçivəsində yaradılmış və nizamnamə kapitalının nəzarət səhm paketinin 30-45%-ni təşkil edən açıq səhmdar cəmiyyətləridir. Özəlləşdiriləcək səhmdar cəmiyyətləri sırasında məişət, təmir-tikinti, sənaye, pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, istehsal, emal və s. sahələrə aid müəssisələr var. Belə səhmdar cəmiyyətlərinə “Ağdaş Quşçuluq”, “Şamaxı Dəmir Beton”, “Qarabağ Pambıq”, “Zaqatala Fındıq”, “İsmayıllı Sənaye İstehsal”, “Material  Təchizat”, “Saatlı Broyler”, “Bərdə Tikinti Quraşdırma” və digər bu kimi müəssisələr aiddir. Onlar paytaxtla yanaşı, respublikanın müxtəlif rayonlarında yerləşir. Bu səhmdar cəmiyyətlərinin hərraca çıxarılmış bir səhminin nominal dəyəri müəssisədən asılı olaraq 0,5 manatdan 2 manata qədərdir. 
 
Digər əmlaklardan 36-sı kiçik dövlət müəssisə və obyektidir. Bir sıra kiçik dövlət müəssisələri torpaq sahəsi ilə birgə hərraca çıxarılıb və bu zaman tikili və torpaq sahəsi ayrı ayrılıqda qiymətləndirilib. Hərrac elanında isə həm torpaq sahəsinin, həm də tikilinin və eləcə də hər ikisinin hərraca çıxarılan ümumi ilkin satış qiyməti göstərilib. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan 20 kiçik dövlət müəssisəsi Bakının Sabunçu, Xətai, Qaradağ, Xəzər, Pirallahı rayonu, Gəncə və Sumqayıt şəhəri, habelə, OğuzXızı rayonlarında yerləşir. Hərraca torpaq sahəsi ilə birgə çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək ilkin hərrac qiyməti 430,2 min, 308 min, 356 min, 350 min, 290 min olan xidmət, ictimai iaşə və nəqliyyat müəssisələri var.   
 
Hərracda özəlləşdirilməsi nəzərdə tutulan digər əmlaklardan 16-sı isə Bakı şəhərinin ayrı-ayrı rayonlarında yerləşən və kiçik biznes üçün əlverişli ola biləcək qeyri-yaşayış sahələridir. Bu obyektlərin sahəsi 13 kvadrat metrdən başlayaraq 118 kvadrat metrədəkdir.  
 
Hərraca çıxarılan istifadəsiz daşınmaz dövlət əmlaklarından ən yüksək qiyməti 155 min manat olan, Bakı şəhərinin Yasamal rayonunda yerləşən qeyri-yaşayış sahəsidir. Hərraca çıxarılan ümumi ilkin qiyməti yüksək olan digər obyektlər Bakının Yasamal və Nizami rayonlarında yerləşir. Bu əmlaklar müvafiq olaraq 60 min və 55 min manat ilkin satış qiyməti olmaqla hərraca çıxarılıb.
 
Bununla yanaşı hərrac prosesi ilə tanış olmaq istəyən hər bir vətəndaş “açıq hərrac”larda iştirak edə bilər. Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar