Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda Məhərrəmlik ayı ilə bağlı fətva verildi - Video

Qafqaz Müsəlmanları İdarəsi məhərrəmlik ayı ilə əlaqədar fətva verib


Müqəddəs ay oktyabrın 3-də başlayır. Fətva ilə bağlı keçirilən iclasda qurşağadək soyunub zəncirlə bədənə xəsarət yetirməklə qan çıxarmağın şəriətə uyğun olmadığı bildirilib. Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə isə deyib ki, sünnilər və şiələr bu ayı birgə keçirərək hamıya nümunə olmalıdır.

PİA.AZ xezerxeber.com-a istinadən bildirir ki, Məhərrəm ayının ilk günü oktyabrın 3-ü, Aşura günü isə oktyabrın 12-də olacaq. Bu Qafqaz Müsəlmanları İdarəsinin Məhərrəmlik ayı ilə bağlı verdiyi fətvada öz əksini tapıb. Allahşükür Paşazadənin sədrliyi ilə keçirilən toplantıda Məhərəmmlik ayını bütün məzhəblərin birgə keçirməli olduğuna diqqət çəkib...

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə heç bir radikal cərəyanın Azərbaycanda özünə tərəfdar tapa bilməcəyinə deyib və dini təbliğat məsələlərinin dövlətin birbaşa nəzarətində olduğunu vurğulayıb...

Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar komitəsinin sədri Siyavuş Novruzov isə gəncləri radikal dini cərəyanlardan uzaq durmağa və xarici qüvvələrin oyunlarına alət olmamağa çağırıb.

Bu arada fətva ilə bağlı keçirilən iclasda qurşağadək soyunub zəncirlə bədənə xəsarət yetirməklə qan çıxarmağın şəriətə uyğun olmadığı bildirilib. Bundansa qan vermə aksiyalarında iştirak etməklə insanlara yardım etməyin daha faydalı olduğu tövsiyyə olunub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar