Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda müəllimlərin psixoloji vəziyyəti ilə bağlı testlər keçirilir?


Təhsil üzrə ekspert: “Heç kəsə sirr deyil ki, bir çox uşaq bağçalarının nəinki, tərbiyəçi və metodistləri, hətta rəhbərləri belə peşəkarlıqları bir yana, heç peşə ixtisası sahibləri belə deyillər”


“Paytaxtın mərkəzi rayonlarının biridə yaradılan uşaq tərbiyə müəssisəsi dövlət və özəlliyindən asılı olmayaraq uzun müddət rəsmi razılıq olmadan lisenziyasız fəaliyyət göstərib. Hər halda ola bilməz ki, buna kimsə razılıq verməsi”.

Bu sözləri təhsil üzrə ekspert Nadir İsrafilov baxçalara qəbul edilən müəllimlərin testdən keçirilməsi məsələsini PİA.AZ-a şərh edərkən qeyd edib.

Xatırladaq ki, bir neçə gün əvvəl paytaxtın Yasamal rayonundakı Kazım Kazımzadə küçəsində yerləşən “Kids Studio” adlı özəl baxçada tərbiyəçi bir neçə uşağa işgəncə verərək onları döyməsinin yer aldığı video sujet ictimaiyyət arasında ciddi rezonansa səbəb olmuşdu. Belə ki, bağçasında tərbiyyəçi işləyən xanım uşaqların birinin üzünə sillə vurur, digərinin qulağını çəkir, başqa birini isə qolundan tutaraq itəliyir. Baş verənlər bağçanın içərisində quraşdırılan təhlükəsilik kamerasına düşüb. Kadrlardanda aydın görünür ki, tərbiyyəçi müxtəlif vaxtlara uşaqlara fiziki güc tətbiq edir.

Qeyd edək ki, müəllimlərin şagirdlərə qarşı şiddət və zorakılıq tətbiq etməsi ilk dəfə deyil. Araşdırma zamanı məlum olub ki, ümumiyyətlə bu özəl bağçanın fəaliyyət üçün lisenziyası belə olmayıb. Vdeoçarxın yayımlanmasından sonra həmin bağça bağlanılıb. azyaşlı uşağa fiziki güc tətbiq edən baxça müəlliməsi isə saxlanılıb. 

Paytaxtın Yasamal rayonundakı Kazım Kazımzadə küçəsində yerləşən “Kids Studio” adlı özəl baxçada baş verənlər Milli Məclisin son iclasının gündəmində olub. Müzakirələrdə bildirilib ki, baxçalara qəbul edilən müəllimlər testdən keçirilsin.

Azərbaycanda  müəllimlərin psixoloji vəziyyəti ilə bağlı testlər keçirilirmi? Ümumiyyətlə bağça və orta məktəblərdə şiddət və zorakılığın qarşısını almaq üçün hansı kompleks tədbirlər həyata keçirilməlidir?

Mövzuyla bağlı PİA.AZ-ın əməkdaşı təhsil üzrə ekspert Nadir İsrafilovun fikirlərini öyrənib.



Nadir İsrafilov: “Təhsilin mühüm pillələrindən biri sayılan məktəbəqədər təhsil şəbəkəsinin Təhsil Nazirliyinə tabe olmaması tamlığı, bütövlüyü pozan bir amildir”.


Məktəbəqədər müəssisələrdə, o cümlədən də orta ümumtəhsil məktəblərində baş verən bu və bu qəbildən olan hadisələri bu sahədə olan boşluqların təzahürü kimi qiymətləndirən təhsil üzrə ekspert Nadir İsrafilova görə, bu kimi hadisələrin qarşısının alınması üçün hətta qanunvericilikdə müəyyən dəyişikliklər edilməsinə qədər müəyyən təxirəsalınmaz konkret və əməli təbirlərin həyata keçirilməsini zəruri edir:

“Çox təəssüflər olsun ki, Yasamal rayonundakı özəl uşaq bağçasında şiddət və zorakılığın tətbiqi ilə bağlı gündəmi zəbt edən xoşagəlməz olay birinci və hələ ki, sonuncu olay deyil. Ümumiyyətlə məktəbəqədər müəssisələrdə, o cümlədən də orta ümumtəhsil məktəblərində baş verən bu və bu qəbildən olan hadisələr bu sahədə olan boşluqların təzahürü kimi qiymətləndirilməyə əsas verməklə yanaşı, həm də bu kimi hadisələrin qarşısının alınması üçün hətta qanunvericilikdə müəyyən dəyişikliklər edilməsinə qədər müəyyən təxirəsalınmaz konkret və əməli təbirlərin həyata keçirilməsini zəruri edir. 

Maraq və təəssüf doğuran hal isə ondan ibarətdir ki, paytaxtın mərkəzi rayonlarının biridə yaradılan uşaq tərbiyə müəssisəsi dövlət və özəlliyindən asılı olmayaraq uzun müddət rəsmi razılıq olmadan lisenziyasız fəaliyyət göstərib. Hər halda ola bilməz ki, buna kimsə razılıq verməsin. Digər bir məsələ odur və heç kəsə sirr deyil ki, bir çox uşaq bağçalarının nəinki, tərbiyəçi və metodistləri,  hətta rəhbərləri belə peşəkarlıqları bir yana, heç peşə ixtisası sahibləri belə deyillər. Buna görə də bu kimi məsələlərə dövlət nəzarəti gücləndirilməlidir. Özəl sektor heç də o anlama gəlmir ki, bu müəssisələr dövlət proqramlarından, təhsilə dair dövlət standartlarından kənar fəaliyyət növləri ilə məşğul olsunlar, yaratdıqları müəssisələrə şəxsi mülkləri kimi baxsınlar.

Nadir İsrafilov: “Təhsil Nazirliyinin məktəbəqədər təhsillə bağlı səlahiyyətlərinə yenidən baxılması zəruridir”.


Buna görə də istər tərbiyəçi, istər müəllim kontingenti istər ali və orta ixtisas məktəblərinə, istərsə də işə qəbul zamanı, onların təkcə test hazırlığı deyil, fiziki, mənəvi, psixi durumu nəzərə alınmalı, qaydalarda onlara qarşı sırf peşə yararlılığı ilə bağlı tələblər öz əksini tapmalıdır. Bu mənada və problemin müəyyən dərəcədə həlli baxımından məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyinin tabeliyinə qaytarılması məsələsi hələ də aktuallığını saxlamaqdadır.

Məlum olduğu kimi, 2011-ci ilin dekabr ayından etibarən bir sıra səlahiyyətlər, o cümlədən məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyindən alınıb, icra hakimiyyəti orqanına verilib ki, bunun da nəzərəçarpacaq fəsadlarının bilavasitə şahidiyik. Düzdür bir müddət sonra təmir-tikinti və təchizat sahəsi yenidən Təhsil nazirliyinə qaytarıldı. Halbuki, Strategiyaya əsasən idarəetmə islahatlarının başlıca istiqamətlərindən biri kimi təhsil prosesinin iştirakçıları arasında münasibətlər sisteminin, eləcə də tənzimləmə orqanlarının funksiyaları, səlahiyyətləri və cavabdehliyinin dəqiq müəyyən olunması, təhsil müəssisələrinin idarəetmə səlahiyyətlərinin və təhsilin nəticələrinə görə cavabdehliyinin artırılması vəzifəsi qarşıya qoymuşuq.

Ümumiyyətlə istəsək də istəməsək də razılaşmalıyıq ki, təhsil bir mərkəzdən idarə olunmalıdır. Əgər nəzərə alsaq ki, təhsil vahid bir orqanizm, yəni bir sistemdir. Bu mənada sistem bir mərkəzdən idarə olunmalı və cavabdehliyi də konkret cavabdeh daşımalıdır, yəni bütün sorumlar bilavasitə ona ünvanlanmalıdır. Bu vəzifələri lazımi səviyyədə yerinə yetirmək üçün isə ilk növbədə təhsil sahəsində dövlət siyasətini həyata keçirməyə məsul olan təhsilin ali idarəedici orqanı kimi Təhsil Nazirliyinin məktəbəqədər təhsillə bağlı səlahiyyətlərinə yenidən baxılması zəruridir. Digər tərəfdən təhsilin varislik və fasiləsizlik prinsipləri var. Prinsiplərin pozulması təhsil sisteminin dayaqlarının sarsılması deməkdir. Məgər bu səlahiyyətlər icra hakimiyyəti orqanlarına verildikdən sonra problemlər azaldı, əksinə daha da artaraq, cəmiyyətdə mənfi rəyin formalaşmasına səbəb oldu.

Nadir İsrafilov: “Prinsiplərin pozulması təhsil sisteminin dayaqlarının sarsılması deməkdir”.


Təhsilin mühüm pillələrindən biri sayılan məktəbəqədər təhsil şəbəkəsinin Təhsil Nazirliyinə tabe olmaması tamlığı, bütövlüyü pozan bir amildir. Başqa sözlə hazırda yerli icra hakimiyyəti orqanlarının təhsil strukturları məktəbəqədər təhsilin inkişafı, onun müasir tələblərə cavab verməsi üçün yetərli gücə və səriştəyə malik deyillər. Hər halda Təhsil Nazirliyinin tərkibində olsa, bu şəbəkənin təkmilləşdirilməsi və yeniləşdirilməsi istiqamətində daha çevikliyə və mobilliyə nail olmaq olar.

Hesab edirəm ki, təhsildə varislik və fasiləsizlik prinsiplərininin təmini baxımından ilk növbədə uşaq bağçalarının yenidən Təhsil Nazirliyinə qaytarılmasından başlanlmalıdır. Bu, təhsilin bir sistem kimi vahid mərkəzdən idarə olunması, çeviklik və mobilliyin təmin edilməsi, cavabdehliyin və məsuliyyətin artırılması baxımından da məqbul hesab oluna bilər.”

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar