Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda ac insanlar nə qədərdir?


“2013-cü illərdə dünyada 842 milyon insan qida enerjisinə olan tələbatını ödəyə bilməyib. Qida qəbul etməyənlərin böyük əksəriyyəti – 827 milyon insan inkişaf etmiş ölkələrdə yaşayır”


PİA.AZ modern.az-a istinadən xəbər verir ki, bunu Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının malliyələşdirdiyi, “Güzəran” Sosial Araşdırmalar İctimai Birliyi tərəfindən həyata keçirilən “Azərbaycan Respublikasının Ərzaq Təhlükəsizliyi Proqramı”ının icra vəziyyətinin öyrənilməsi” layihəsi çərçivəsində “Güzəran” Sosial Araşdırmalar İB-nin sədri Qadir İbrahimli deyib.

Q. İbrahimli bildirib ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) son qiymətləndirilməsinə görə, 2011-2013-cü illərdə dünyada 842 milyon insan qida enerjisinə olan tələbatını ödəyə bilməyib. “Bu dünya əhalisinin 12 faizi deməkdir. Bu göstərici 2010-2012-ci illərlə 868 milyon nəfər olmuşdu. Beləliklə dünyada hər 8 nəfərdən biri xroniki aclığa məruz qalır.  Kifayət qədər qida qəbul etməyənlərin böyük əksəriyyəti – 827 milyon insan inkişaf etmiş ölkələrdə yaşayır.  Hesablamalara görə, bu ölkələrin əhalisinin 14.3 faizi aclıq həddində yaşamaqda davam edir. Baxmayaraq ki, dünyada aclıq çəkən insanların sayı azalır, lakin bu prosesin temi o qədər yüksək deyil ki, 1996-cı ildə keçirilən Dünya Ərzaq Sammitinin 2015-ci ilə də aclıq həddində yaşayanların sayının iki dəfə azalması və 2001-ci ildə Minilliyin İnkişaf Məqsədlərində bəyan edilən göstəricilərə tezliklə çatmaq mümkün olsun. 2013-cü ilin oktyabr ayına olan məlumatlara görə 62 ölkə aclıq çəkənlərin sayının 2015-ci ilədək iki dəfə azaldılması məqsədinə nail olublar. Daha 6 ölkə bu məqsədə yaxınlaşıb. FAO-nun statistikasına görə, Qafqaz və Mərkəzi Asiyada 6 milyon insan aclıq həddində yaşayır”.

İB sədrinin sözlərinə görə, son illər Azərbaycanda da ərzaq təhlükəsizliyi məsələlərinə xüsusi diqqət ayrılıb: “2001-ci ildə ölkə Prezidentinin Sərəncamı ilə “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı” təsdiq edilib. Həmçinin, 2008-2015-ci illərdə Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarli təminatına dair dövlət proqramı qəbul olunub. Bu proqramlar çərçivəsində görülmüş işlər nəticəsində kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalında  müəyyən irəliləyişlər qeydə alınıb. Lakin Azərbaycan hələ də əsas ərzaq məhsullarına olan tələbatın yerli istehsal hesabına kifayət qədər həcmdə təminatı hələ ki, mümkün olmayıb. Daxili ərzaq bazarının idxaldan asılılığının səviyyəsi yüksək olaraq qalmaqdadır”.

Ekspert qeyd edib ki, ölkəmizdə kənd təsərrüfatının ÜDM-də payının aşağı səviyyədədir. Ötən il bu rəqəm 5,2% təşkil edib. Ötən müddət ərzində isə ərzaq məhsullarına tələbat artıb. 2012-ci ilin ilk 8 ayı ərzində Azərbaycana 650.564,73 min ABŞ dolları məbləğində yeyinti məhsulları gətirilmişdisə, 2013-cü ilin eyni dövründə 722 351,40 min – 11,03% çox təşkil edib. Yeyinti məhsullarının idxalında bu ilin yanvar ayından etibarən demək olar, bütün ötən aylar ərzində artım olub. 2013-cü ilin yanvar-avqust aylarında Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının həcmi 3 milyard manat təşkil edib. Bu 2012-ci ilin analoji dövrü ilə müqayisədə 4,5 faiz çoxdur. Lakin bu göstəricilərlə bərabər  əsas ərzaq məhsullarının idxalında əhəmiyyətli azalma hiss olunmur. Bu ilin 9 ayında Azərbaycana 10,251 mln. ABŞ dolları dəyərində ət idxal olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 22,2% azdır. Təhlil olunan dövrdə ölkəyə 6,487 mln. dollarlıq süd idxal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 32,2% çoxdur. Bu müddət ərzində ölkəyə idxal olunan şəkərin dəyərində artım var. Həmçinin, şəkərin idxalı 7,5% artaraq 135,128 mln. dollara çatıb”.

Aparılan təhlillərin bir sıra suallar yaratdığını qeyd edən Q. İbrahimli bu ilin yanvar-oktyabr ayları üzrə açıqlamasına görə, kənd təsərrüfatının ümumi məhsulu 4,7 faiz, o cümlədən bitkiçilik üzrə 3,8 faiz, heyvandarlıq üzrə isə 5,6 faiz artıb. Bununla belə un, taxıl, süd və süd məhsullarında, idxal yüksəldiyini vurğulayıb.

Ekspert layihə çərçivəsində aparılan təhlillərin  ərzaq təhlükəsizliyi sahəsində qəbul edilən proqramlar çərçivəsində həyata keçirilən tədbirlər müəyyən müsbət nəticələr verdiyini deyib.  Onun sözlərinə görə, “bununla belə ərzaq təhlükəsizliyi, kənd təsərrüfatının inkişafı ilə  bağlı siyasətin təhlil edilməsi və optimallaşdırılmasına ciddi ehtiyac var. Layihə çərçivəsində ekspertlər və fermerlər arasında keçirilən sorğular aşağıdakı problemlərin diqqətə alınmasının vacibliyini göstərib:

Kənd təsərrüfatı məhsullarının və xüsusən ərzaq məhsullarının istehsalı ilə bağlı dəqiq statistika və uçotun aparılması; Əsas ərzaq məhsullarının istehsallı ilə bağlı vəziyyətin müntəzəm monitorinqinin aparılması; Ərzaq istehsalı ilə bağlı sahibkarlıq mühitinin yaxşılaşdırılması; Subsidiyalar və kreditlərin verilməsində şəffaflığın artırılması; lizinq mexanizmlərinin təkmilləşdirilməsi, innovasiyaların tətbiqinin sürətləndirilməsi; Sığorta alətlərinin daha geniş tətbiqinin təşviqi,  kadr hazırlığının gücləndirilməsi, irriqasiya və süni suvarma sisteminin modernləşdirilməsi, əkinə yararlı torpaqların şoranlaşmasının qarşısının alınması üzrə daha təsirli tədbirlərin görülməsi”.

Təqdimatdan sonra mövzu ilə bağlı müzakirələr aparılıb. Bu istiqamətdə araşdırmaların davam etdirilməsinin, bu məsələlərin ictimaiyyətin  diqqət mərkəzində saxlanılmasının və hökumətə müvafiq təkliflər verilməsinin vacibliyi qeyd olunub.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar