Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda ata 17 yaşlı qaraciyəri sirroz olan oğlunun donoru olub


Azərbaycan cərrahları daha bir əməliyyatı uğurla icra ediblər


Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, həmin əməliyyatı nazirliyin Mərkəzi Neftçilər Xəstəxanasının cərrahiyyə və orqan transplantasiyası şöbəsinin mütəxəssisləri aparıblar.

Xəstəxananın şöbə müdiri, tibb üzrə fəlsəfə doktoru M.Kazıminin verdiyi məlumata görə, əməliyyat zamanı uzun illər sirrozundan əziyyət çəkən 17 yaşlı pasiyent R.Bəşirova qaraciyər köçürülüb.

Əməliyyatın unikallığı ondan ibarət olub ki, xəstənin yeganə donoru olan atasının qaraciyərinin sağ payında ciddi anatomik anomaliya müşahidə edildiyindən ciyərin həmin payından istifadə etmək mümkün olmayıb. Xəstənin vəziyyəti getdikcə ağırlaşaraq onu koma halına salıb. Operativ vəziyyətdə yeganə donor olan atanın qaraciyərinin sol payını köçürmək barədə qərar verilib. Bu, texniki cəhətdən olduqca çətin və ağır əməliyyatdır, çünki sol payda iki arterial damar keçir və onların həcm ölçüləri uyğun gəlməlidir.

Həmin ehtimallar təhlil edilərək xəstənin həyatı göstərişləri öyrənilib və əməliyyat aparılıb. Cərrahiyyə masasında 8 saat davam edən əməliyyat texniki çətinliklər hesabına başa gəlsə də, uğurla nəticələnib.

Xəstə və donorun müalicəsi başa çatandan sonra onların hər ikisi evə buraxılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar