Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda bank sədrinin müavini əmanətçilərin 100 milyonunu oğurlayıb ölkədən qaçdı


Azərbaycanda daha bir iri bank soyğunu baş verib


Soyğunu həyata keçirənlər isə Hollivud filmlərindəki kimi maskalı quldurlar deyil, bankın rəhbərliyinə daxil olan şəxsdir.

Bank çevrələrindən virtualaz.org-a məlum olub ki, Azərbaycanın ilk kommersiya banklarından biri olan "GünayBank” ASC-nin idarə heyətinin sədr müavini Emin Zeynalov əmanətçilərin pullarını götürərək ölkədən qaçıb. Onun bankdan 100 milyon manata yaxın vəsait çıxardığı bildirilir. Ehtimal ki, pullar əvvəlcədən hansısa offşor şirkətlərin hesablarına axıdılıb.  E.Zeynalov əvvəllər ölkənin iri banklarından birində departament rəhbəri olub, 2017-ci ilin aprelində "GünayBank”ın idarə heyətinin sədr müavini təyin edilib. Bu misli görünməmiş bank soyğunun təfərrüatları barədə yaxın günlərdə mənbələrimizin köməyi ilə əlavə məlumatlar əldə etməyə çalışacağıq.

"GünayBank” ASC 1992-ci ildən fəaliyyət göstərir və Azərbaycanın bank sektorunu 2015-ci ildə bürümüş dərin böhrana baxmayaraq ayaqda qala bilmişdi. Hətta bankların əksəriyyəti ili zərərlə başa vursa da "GünayBank” ötən il təmiz gəlir əldə edən azsaylı banklardan biri olub.

Bankın əsas səhmdarları Mahmud Məmmədov və Yeganə Şirinovadır. Onlar bankın səhmlərinin 89.76 faiz hissəsinin sahibidir. Mahmud Məmmədov bankın Müşahidə Şurasının sədridir. 2017-ci il üçün maliyyə hesabatına əsasən "GünayBank” ASC-nin cəmi aktivləri 186 milyon manat olub. Bankın müştəri hesabları üzrə öhdəlikləri 94 milyon manatdan yuxarıdır, cəmi nizamnamə kapitalı isə 57.4  milyon manatdan yuxarıdır. Bu rəqəmlərdən də göründüyü kimi bankir Zeynalov bankı faktiki olaraq boşaldıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar