Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda bəzi polislər elektroşokdan istifadə edə bilər


Azərbaycan Respublikası Nazirlər Kabineti “Elektroşok vasitələrini saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ olan polis orqanlarının vəzifəli şəxslərinin Siyahısı”nı təsdiq edib


Baş nazir Artur Rasi-zadənin imzaladığı qərara əsasən, elektroşok vasitələrini saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ olan polis orqanlarının vəzifəli şəxslərinin siyahısı aşağıdakı kimidir:

1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Komendant Xidmətinin rəisi, inzibati binaların təhlükəsizliyini təmin edən nizami polis hissəsinin komandiri, komandirin müavini, xidmət üzrə baş inspektoru, xidmət üzrə inspektoru, manqa komandirləri və polis nəfərləri.

2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı nizami polis hissələrinin komandirləri, komandirlərinin müavinləri, sıravi, kiçik, orta və böyük rəis heyətindən olan digər əməkdaşları.

3. Azərbaycan Respublikasınыn Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan nizami polis hissələrinin (alay, tabor, bölük, taqım, manqa) komandirləri, komandirlərinin müavinləri, xidmət üzrə baş inspektorları.

4. Müvəqqəti saxlama yerlərinin konvoy xidmətlərinin əməkdaşları. (trend)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar