Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda boşanmaların 10 faizdən çoxu sonsuzluğa görə baş verir – Rəsmi


“Azərbaycanda boşanmaların artmasında sonsuzluğun xüsusi rolu var. Apardığımız araşdırmalar göstərir ki, boşanmaların təxminən 10-12 faizi sonsuzluq üzündən baş verir. Yəni ildə təxminən 1000, 1200 ailə uşaqları dünyaya gəlmədiyinə görə dağılır”


Bunu lent.az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib. 

Onun sözlərinə görə, Azərbaycanda ailələrin uşaq dünyaya gəlməməsi ucbatından dağılması boşanmaların baş vermə səbəblərində də öz əksini tapır: “Dağılan ailələrin çoxu boşanmanın səbəbini gizlədir. Boşanma üçün müraciət edənlərin 8 mindən çoxu səbəbi gizli saxlayır. Amma sözsüz ki, bu statistikada zorakılıq, xəyanət və sair səbəblərlə yanaşı sonsuzluq amili də var. Reallıq odur ki, bizdə ailələrin çoxu məhz uşağın dünyaya gəlməsi üçün qurulur. Uşaq olmayan ailə tam ailə hesab olunmur. Sonsuzluq olduqda isə ailə dağılır”.
 
E. Səfərov boşanmaların sayının artmasının qarşısını almağın bir yolunun da məhz sonsuzluğun qarşısını almaq olduğunu söyləyir.
 
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev isə açıqlamasında söyləyib ki, sonsuzluğun qarşısının alınması üçün Azərbaycanda “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında” qanun layihəsinin qəbul olunması vacibdir. M. Quliyev deyir ki, bu qanunun qəbulu həm də əhali arasında sonsuzluğun qarşısını almaq məqsədi daşıyır: “"Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsinin qəbulu sonsuzuqla bağlı statistikanı daha da aşağı salacaq. Çox güman ki, bu qanun layihəsi Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq”.

pia.az



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar