Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda daha bir neçə kəndə qaz verildi



Novruz bayramı günlərində Şabran, Zaqatala, Astara və Lənkəran rayonlarının daha bir neçə yaşayış məntəqəsinə təbii qaz verilib


Martın 22-də Astara rayonunun Telman kəndinə ilk dəfə olaraq təbii qazın verilməsinə həsr olunmuş tədbirdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev iştirak edib. SOCAR-ın prezidentinə məlumat verilib ki, 230 abonenti olan kəndin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 25402 metr olan müxtəlif diametrli polietilen və polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 230 ədəd qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb. Rəmzi məşəli alovlandıran R.Abdullayev Telman kəndinin sakinlərini Novruz bayramı və bu bayramı daha da əlamətdar edən qaz açılışı münasibətilə təbrik edib, ölkənin qazlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib.
 
Bayram günlərində Zaqatala rayonunun Əliabad qəsəbəsinə də ilk dəfə təbii qaz verilib. Bu münasibətlə keçirilmiş tədbirdə rayon İcra Hakimiyyətinin, “Azəriqaz” İB-nin təmsilçiləri, ictimaiyyət nümayəndələri, kənd ağsaqqalları iştirak ediblər. Qeyd olunub ki, 2382 abonenti olan qəsəbənin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 157113 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 2382 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
 
Lənkəran rayonunun Şıxakəran kəndinə təbii qazın verilişinin bərpa olunması münasibətilə keçirilmiş tədbirdə bildirilib ki, 791 abonenti olan kəndin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 47385 metr olan müxtəlif diametrli polietilen və polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 791 ədəd qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.
 
Şabran rayonunun Pirəbədil kəndinə ilk dəfə olaraq təbii qazın verilməsi münasibətilə keçirilmiş tədbirdə qeyd olunub ki, 96 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 7100 metr uzunluğunda müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 96 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
 
Tədbirlərdə çıxış edənlər yaşadıqları kəndlərin “mavi yanacaq”la təchiz olunmasına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.(Publika.az)


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar