Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda dəfnetmə mərasimi qanuniləşir


Azərbaycanda insanın dəfn edilməsi qaydaları, qəbirlər, məzar daşları və onların ölçüləri ilə bağlı qanun layihəsi hazırlanır


Bunu Trend-ə müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı deyib.

DQİDK sədrinin sözlərinə görə, qəbiristanlıqlar getdikcə şəhərlərin içinə keçir: "Şəhərlər böyüyür və həmin məzarlıqların köçürülməsi və yerinin dəyişdirilməsi zamanın tələbinə çevrilir. Bundan əlavə, əhali arasında narazılıq doğuran məsələlərdən biri də məzarların üstündə başdaşı və qəbirüstü abidələrin ifrat həddə çatdırılmasıdır. Ona görə də bu məsələ dövlətin diqqət mərkəzindədir və bununla bağlı yeni qanunun qəbul ediləcəyi gözlənilir".

Dövlət Komitəsinin sədri bildirib ki, artıq həmin qanun layihəsi ilə bağlı işlər yekunlaşmaq ərəfəsindədir: “Bütün dinlər qəbirlərin itməsini tələb edir. Hətta buddizmin yayıldığı ərazilərdə insanlar krematoriyalarda yandırılır. Əlbəttə, bu, Azərbaycanda qəbuledilməzdir və bizim dinimizə, mentalitetimizə, əxlaqımıza yaddır. İslam dini bunun çıxış yolunu tapıb - məzar itməlidir. Məzar torpaqdan bir az hündür olmalıdır. Bununla bağlı artıq qanun layihəsi üzərində iş bitmək üzrədir. Orada qəbirlər, məzar daşları, onların ölçüləri, insanın dəfn edilməsi ilə bağlı bütün məsələlər öz əksini tapıb”.

M.Qurbanlı qeyd edib ki, qanun layihəsi artıq Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə yanaşı, DQİDK-da da nəzərdən keçirilib və bununla bağlı rəy və təkliflər verilib: “Hazırda məsələyə Nazirlər Kabineti səviyyəsində baxılır. Qeyd edim ki, bununla əlaqədar Nazirlər Kabinetinin qəbul etdiyi qaydalar mövcuddur. Sadəcə parlament tərəfindən qanunun qəbul edilməsi ilə bu məsələ daha təkmil xarakter alacaq. Bundan sonra məzarlıqlarda heykəllər, böyük daşlar qoymaq tədricən aradan qaldırılacaq və bu sahədə vahid sistem tətbiq ediləcək”.

Dövlət Komitəsinin sədri bu qanunun geriyə şamil edilməyəcəyini xüsusi vurğulayıb: “İndiyədək olan məzarlara heç kim toxuna bilməz. Heç belə bir düşüncə də yoxdur. Xüsusi qeyd edirəm ki, bu, geriyə oxunuşu olmayan qanun olacaq və heç kim düşünməsin ki, kimsə onun əzizinin məzarına toxuna bilər”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar