Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda dərman qaçaqmalçılığı aşkarlanıb


Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda dərman preparatları aşkar edilib


Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Malayziyanın Kuala Lumpur şəhərindən Özbəkistan Respublikasının Daşkənd şəhərinə, oradan isə qaçaqmalçılıq yolu ilə satış məqsədi üçün külli miqdarda dərman preparatlarının Bakı şəhərinə gətirilməsi haqqında Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə əməliyyat məlumatı daxil olub.

Keçirilmiş əməliyyat tədbiri nəticəsində HY 757 saylı Daşkənd-Bakı aviareysi ilə gələn Rusiya Federasiyası vətəndaşı Qazimaqomedov Maqomed Şaqroramazanoviç gömrük nəzarətindən keçdikdən sonra gömrük zonasını tərk etmək istəyərkən saxlanılmış və gömrük bəyannaməsinin bəndləri üzrə şifahi sorğu-sual edilərkən, baqajında və əl yükündə mütləq bəyan olunası malların olmadığını bildirib.

Bundan sonra müvafiq qanunvericiliyə uyğun olaraq M.Ş.Qazimaqomedova məxsus baqaja və əl yüklərinə baxış həyata keçirilib, ona məxsus çamadandan və əl çantalarından cəmi 2496 kapsul 450 mg-lıq “Phyto Andro for Him” adlı dərman preparatları aşkar olunaraq hal şahidlərinin iştirakı ilə protokol əsasında götürülüb. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar