Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda devalvasiya təhlükəsi varmı?


Ekspert: “Neftin çox baha olduğu indiki şəraitdə manatın dəyərdən düşməsi gözlənilmir”


“Qlobal cəhətdən indiki şəraitdə Azərbaycanda manatın dəyərdən düşməsinin heç bir səbəbi yoxdur. Çünki ölkədə üzən məzənnə deyil, inzibati məzənnə rejimi mövcuddur”.

Bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli üçüncü devalvasiya ehtimalı ilə bağlı yayılan məlumatı şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib

Son günlər cəmiyyətdə  yeni devalvasiyanın olacağı barədə şayiələr dolaşır və bu da əhali arasında təşviş yaradır. Hətta bəzi ekspertlərə görə, üçüncü devalvasiyanın baş verməsi qaçılmazdır. Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov aprelin 9-da keçirdiyi mətbuat konfransında isə bildirib ki, Azərbaycan manatının ucuzlaşması üçün heç bir fundamental səbəb yoxdur. O, həmçinin çıxışında “Həm əhali, həm də real sektorun iştirakçıları arasında manatın məzənnəsinin dəyişməsi ilə bağlı gözləntilər azalıb”, deyə bildirib. Belə olanda halda əhali arasında dolaşan bu söz-söhbət üçün hansısa səbəb varmı və hər hansı bir səbəbdən dolayı Azərbaycanda devalvasiya gözlənilirmi? 

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı iqtisadçı ekspert Natiq Cəfərlinin fikirlərini öyrənib.

Image result for natiq cəfərli

Natiq Cəfərli: “Qlobal cəhətdən indiki şəraitdə Azərbaycanda manatın dəyərdən düşməsinin heç bir səbəbi yoxdur”.


Yaxın zamanlar üçün üçüncü devalvasiyasının gözlənilmədiyini vurğulayan iqtisadçı ekspert Natiq Cəfərliyə görə, yalnız ilin sonuna doğru manat dəyərdən düşə bilər:

“Üçüncü devalvasiya ilə bağlı şayiələrin yayılmasının səbəbi qonşu ölkələrdə gedən proseslərdir. Rus rublu çox sürətlə, təxmini 10-12 % dəyərdən düşdü,  türk lirəsində də bənzər hadisələr yaşandı. Türkiyənin tarixində türk lirəsinin avro və dollar qarşısında ən aşağı göstəriciləri qeydə alındı. Ətraf ölkələrdə baş verən hadisələr Azərbaycanda psixoloji gərginlik yaratdı. Mərkəzi  Bank tərəfindən də normal, aydınlaşdırıcı açıqlamalar verilmədi. Sadəcə olaraq Mərkəzi Bankın rəhbərinin ənənəvi çıxışında bildirildi ki, üçüncü devalvasiya olmayacaq. 

Halbuki Mərkəzi Bankın rəhbəri baş vermiş iki devalvasiyadan öncə də bu cür çıxış etmişdi. Lakin o vaxt Mərkəzi Bankın “ikinci devalvasiya olmayacaq”, deməsinə baxmayaraq iki gün sonra manat kəsin ucuzlaşdı və bu da istər real sektoru, istətrsə də əhalini çox çətin duruma saldı. O üzdən də insanların Mərkəzi Bankın rəhbərinin dediyi sözlərə inamı çox azdır.

Qlobal cəhətdən indiki şəraitdə Azərbaycanda manatın dəyərdən düşməsinin heç bir səbəbi yoxdur. Çünki ölkədə üzən məzənnə deyil, inzibati məzənnə rejimi mövcuddur. Mərkəzi Bank bu məsələni  nə qədər israrla təkid etsə də, bu reallıqdır. Neftin çox baha olduğu indiki şəraitdə manatın dəyərdən düşməsi gözlənilmir. Lakin ilin sonuna doğru dünyada gedən proseslərlə parallel olaraq, manata təzyiqlər də arta bilər. Çünki rus rublunun və türk lirəsinin daha çox dəyərdən düşməsi ehtimalı var.  

Bununla yanaşı, dünyada dolların bahalaşmasına yol açan hadisələr baş verə bilər. Çünki FED ilin sonuna qədər iki dəfə faiz artımına gedəcək. Həmçinin yay aylarında  neftin dəyərdən düşməsi ehtimalı da var. Yəni, bütün bu amilləri nəzərə alsaq, sentyabr ayından başlayaraq ilin sonuna qədər manata təzyiqlər güclənəcək. Bu halda manatın dəyərdən düşməsi ehtimalı var. Lakin yaxın həftələrdə və aylarda belə bir ehtimal çox aşağıdır”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar