Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda diabetin statistikası



Artıq 206 min xəstə rəsmi qeydiyyatda, illik artım 15 faizdir...


Bu gün 14 noyabr Ümumdünya Diabetlə Mübarizə Günüdür. 

Moderator.az bu münasibətlə Respublikanın baş endokrinoloqu, deputat Rafiq Məmmədhəsənova müraciət edib. 

Onun sözlərinə görə hal-hazırda Azərbaycanda rəsmi qeydiyyata alınmış 206 min diabetli xəstə var. Amma real diabetli xəstələrin sayı bundan çoxdur:

"Diabetə meylli insanlar da xeylidir. Dövlət tərəfindən diabetlə mübarizə üçün xüsusi proqram qəbul olunub. Həmin dövlət proqramına uyğun olaraq xəstələr insulinlə, şəkərsalıcı həblərlə, şəkərölçmə aparatları ilə təmin olunur. Bu il də dövlət tərəfindən kifayət qədər vəsait-36 milyon manat ayrılıb ki, bu tip xəstələrə lazım olan tibbi yardımlar göstərilsin. Əvvəllər ancaq Bakı şəhəri üzrə bu vəsaitləri səhiyyə şöbələrinə verirdilər, ancaq bölgə rayonların icra hakimiyyətləri mərkəzləşmiş qaydada bu vəsaiti özləri alırdılar deyə bəzən həmin pullar təyinatı üzrə xərclənmirdi. İndi diabetə qarşı mübarizə üçün ayrılan vəsait bir əldə cəmləşib və Səhiyyə Nazirliyi bu işi aparacaq. Hər il xəstələrin sayı 15 faiz artığına görə bu vəsaitlər də müvafiq artılacaq. Proqramda bu məsələ nəzərdə tutulub ki, artıma uyğun vəsaitlər də artırılsın."

R. Məmmədhəsənovdan diabetli xəstələr üçün xüsusi sanatoriyaların hələ də yaradılmaması səbəblərini soruşduq. Bildirdi ki, o məsələ hələ həllini tapmayıb və o bir neçə dəfə bu məsələni parlamentdə qaldırıb, hətta deputat həmkarı Səttar Mehbalıyevdən də xahiş edib ki, konfederasiyanın balansında olan sanatoriyalarda diabetli xəstələr üçün 20-30 çarpayı ayrılsın, ancaq hələ bir yenilik yoxdur.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar