Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda dolu yağması halları niyə artıb?


Son dövrlərdə müşahidə edilən iqlim dəyişikliklərinin təsiri nəticəsində Azərbaycanda dolu yağma hallarının intensivliyi artıb


Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutundan Trend-ə verilən məlumata görə, Azərbaycanda ən çox dolu yağma halları Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu, Kiçik Qafqazda Qazax, Tovuz, Şəmkir rayonları, Böyük Qafqazda Şamaxı, İsmayıllı, Şəki, Zaqatala rayonlarının əraziləridir. Ölkə ərazisində dolu yağma halları, əsasən, may-iyun və sentyabrın sonu - oktyabr aylarında müşahidə edilir.

İnstitut hesab edir ki, Azərbaycanda dolu yağma intensivliyi artdığından və dolunun yağması kənd təsərrüfatı bitkilərinə, evlərin damına, infrastruktura çox ziyan vurduğundan ölkədə sovet dövründə doluya qarşı mübarizə üçün tətbiq edilən təcrübənin - dolu buludlarının atəşlə vurulması təcrübəsindən yenidən istifadə edilməsi daha effektiv olar.

Qeyd edilib ki, sovet dövründə dolu buludları əmələ gəldikdə atmosferin dolu yaranan hündürlüklərinə “Qrant” adlı raketlərdən atəş açılırdı. Bu zaman orada müəyyən temperatur yüksəldiyindən dolular suya çevrilirdi və nəticədə həmin buludlardan dolu deyil, yağış yağırdı. Dolu buludlarının atəşlə vurulması nəticəsində dolu düşməsinin qarşısı 60-70 faiz alınırdı.

Bu təcrübənin yalnız səmərəli nəticə verəcəyinə əmin olan institutdan bildirilib ki, sovet dövründə Azərbaycanda dolu əleyhinə mübarizə aparan xüsusi idarə olsa da, həmin idarə 1990-cı illərin əvvəllərində sırf münaqişələrlə əlaqədar - Azərbaycan tərəfinin Ermənistana silah atmaması üçün ləğv edilib: “Dolu əleyhinə kiçik dəstələr Kiçik Qafqazda - Ermənistanla sərhəd ərazisində idi. Həmin raketlərin sərhəd ərazisindən yığışdırılması üçün bu idarə ləğv edildi, raketlər alındı. Buna görə də indi bu təcrübədən istifadə edilmir. Lakin hazırkı dövrdə ondan istifadə daha məqsədəuyğun və effektiv olardı. Nəzərə alınmalıdır ki, Azərbaycanda üzümçülük geniş yayılıb, dolu da ən çox zərəri üzümə vurur. Çünki dolu, adətən, üzüm yetişən vaxtda düşür”.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev isə bildirib ki, ümumiyyətlə, kənd təsərrüfatı riskli bir sahə olduğundan iqlim şəraitindən sığortalanmayıb: “İstənilən vaxt istənilən təbii fəlakət kənd təsərrüfatı sahəsinə mənfi təsir edə bilər”.

Nazirlik rəsmisinin sözlərinə görə, yağıntıların qeyri-bərabər paylanması daha çox erkən yazda kənd təsərrüfatı bitkilərinə təsir edir: “Biz müşahidə etmişik ki, xüsusilə şimal bölgəsində erkən yazda havaların daha çox əlverişsiz keçməsi həmin vaxtda çiçəkləmə dövründə olan meyvə ağaclarına müəyyən qədər mənfi təsir edir”.

Qeyd edək ki, dolunun daha çox zərər vurduğu regionlarda iri təsərrüfat sahibləri öz maliyyə imkanları hesabına doluya qarşı mübarizə apara bilmirlər. Buna görə də bəzi mütəxəssislər hesab edir ki, iri torpaq sahibləri təsərrüfatlarını dolu vurmadan mühafizə etmək üçün sığorta şirkətləri vasitəsilə öz təsərrüfatlarını sığortalasınlar, sığorta şirkətləri isə doludan mühafizə dəstələrinin yaradılmasını maliyyələşdirsin.

“CONSULTANT” Tədris və Konsaltinq Mərkəzinin prezidenti Xəyal Məmmədxanlı sayta açıqlamasında doluya qarşı mübarizə işində sığorta şirkətlərinin birbaşa iştirak etməsini və onların köməyi ilə doludan mühafizə dəstələrinin yaradılmasını mümkünsüz sayır.

Onun sözlərinə görə, sığorta şirkətlərində hər bir sığorta növü üzrə qarşısı alınma tədbirləri fondu yaradılır. Yalnız həmin fonda yığılan vəsaitdən sözügedən problemin həlli üçün sahibkarlara maliyyə vəsaiti ayrıla bilər.

X.Məmmədxanlı bildirib ki, bu gün Azərbaycanda iri torpaq sahibləri öz təsərrüfatlarını təbii fəlakətlərdən sığortalamağa maraq göstərirlər. Amma sığorta şirkətləri bu işdə passivlik edir və bu sahə üzrə sığortalanmanı bir qədər əziyyətli və spesifik iş saydığından ona maraq göstərmirlər: “Ancaq səhv edirlər, çünki bərəkət o sektordadır. Mən avtomobil sığortası bazarı yerinə həmin sektoru inkişaf etdirməyə daha çox üstünlük verərdim. Amma sığortaçılar alışdıqlarından bundan vaz keçmək istəmirlər”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar