Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda gəlində siflis aşkarlandı - Amma nikah kəsildi


İyun ayının 1-dən Göygöl rayonu üzrə nikaha daxil olmaq istəyən 342 nəfərin, yəni 171 cütlüyün qanı yoxlanılıb


PİA.AZ-ın Kəpəz TV-yə istinadən məlumatına görə, onlardan yalnız 4 nəfərində xəstəlik aşkar edilib.

Nikaha girəcək cütlüklərin qan nümunələri Göygöl Rayon Mərkəzi Xəstəxanasının ümumi laboratoriyasında götürülür. Qan nümunələri götürüldükdən sonra Bakı şəhərinə göndərilir. 10-15 gün ərzində isə həmin qan nümunələrinin cavabları məlum olur.

Qan nümunələri paytaxtda, əsasən, talassemiya, QİÇS və sifilisə görə yoxlanılır. Tibbi müayinənin nəticələri barədə nikaha girən cütlüklərə ayrı-ayrılıqda məlumat verilir.

Həkim-laborant Kamirə Məmmədova 3 cütlüyün təkrar analiz verdiyini bildirib:

“Tematologiya İnstitutundan zəng vurularaq 3 cütlüyün hər birində talassemiya xəstəliyinə şübhə olduğu üçün təkrar qan istənildi. Qan göndərildi, amma müsbət cavab gəlmədi. Bir cütlüyün xanımında sifilis xəstəliyi oldu. Amma onlar evli olduğu üçün nikahları kəsildi”.

İyun ayının 1-dən nikaha girmək üçün müraciət edən cütlüklər haqqına məlumatlar Göygöl Rayon Mərkəzi Xəstəxanasının ümumi laboratoriyasında protokola yazılırdı. Ancaq müraciətlərin sayı çox olduğundan sentyabrın 21-dən məlumatlar kompüterə yazılaraq internet vasitəsilə Bakı şəhərinə göndərilir.

Qeyd edək ki, tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar