Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda güclü sellər gözlənilir


Bu il Azərbaycanda sel hadisələri baxımından çox təhlükəli illərdən biridir və payızın əvvəllərinədək ölkədə çox güclü sellər baş verə bilər


Bunu  Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə Trend-ə açıqlamasında deyib.

Direktor müavininin sözlərinə görə, əvvəlki illərdən fərqli olaraq, bu il Azərbaycanda hava gözlənildiyindən az yağıntılı keçib. Buna görə də bu il sürüşmə sahələrində fəallıq çox müşahidə edilməyib. Çünki sürüşmə hadisələrinin baş verməsi üçün yaz və payız aylarında yağıntıların çox düşməsi lazımdır: "Yağıntılar olmadığından sürüşmə sahələrində çox böyük fəallıq görmədik. Bu, sözsüz ki, yaxşıdır. Amma çox maraqlıdır ki, dağlıq ərazilərdə sel və sürüşmələr arasında əks göstəricilər olur. Quraqlıq olan illərdə insan təsirinin olub-olmamasından, yeni infrastukturun salınmasından asılı olmayaraq, dağlıq ərazilərdə bitki örtüyündən məhrum olmuş yamaclarda süxurların aşınıb parçalanması və daşınmaya hazır olması çox sürətlə baş verir".

E.Əlizadə qeyd edib ki, selin əmələ gəməsi üçün dağlıq ərazilərdə xeyli müddət quraqlıq olmalıdır. Bu il isə Azərbaycanda bu baxımdan tam əlverişli şərait yaranıb.

Onun sözlərinə görə, quraqlıq olduqda yamaclarda daşınmaya hazır, aşınıb parçalanmış süxurlar yığılır: "Adətən, belə quraq illərində uzunmüddətli quraqlıqdan sonra güclü yağış yağır. Coğrafiya İnstitutu olaraq, biz hələ aprel ayında bildirmişdik ki, quraqlıq ili olacaq və bu il üçün sel hadisələrinin baş vermə təhlükəliliyi çox böyükdür. Çox təəssüf ki, bu özünü doğruldur".

E.Əlizadə deyib ki, Azərbaycanda payızın əvvəllərinədək çox güclü sellər baş verə bilər. İnstitutun ekspedisiyalarının əldə etdiyi məlumatlar da onu göstərir ki, hazırda Azərbaycanın dağlıq, xüsusilə, orta və yüksək dağlıq ərazilərində - Böyük Qafqazın cənub yamacında (artıq bu hissədə bir neçə dəfə olub) sel ocaqlarında külli miqdarda daşınmaya hazır materiallar var. Bu materialların özünün olması artıq potensial təhlükədir. İndi güclü selin gəlməsi üçün ancaq qısamüddətli güclü yağışın olması lazımdır.

O, qeyd edib ki, hazırda bir sıra çaylardan - Şinçay, Kişçay dərəsi, Dəmiraparan çayı, Tikanlı çay dərəsi, Girdiman çay dərəsi və Ağsuçay dərəsindən sel keçmə hadisəsi çox realdır. Eynilə Kiçik Qafqazın şimal-şərq yamacında - Gədəbəy, Şəmkir, Tovuz, Göygol rayonlarında olan Zəyəmçay dərəsində, Şəmkirçay dərəsində və Kürəkçay dərəsində sellərin keçmə təhlükəsi var.
Bununla yanaşı, hazırda Böyük Qafqazın şimal-şərq yamacında - Qusarçay, Qudyalçay, Vəlvələçay, Gilgilçay, Ataçay dərələrində sellərlə bağlı təhlükə mənbəyi ola bilər. Hazırda həm də Naxçıvan Muxtar Respublikasındakı çaylarda da çox yüksək dinamika müşahidə edilir. Son iqlim tərəddüdləri, yağıntıların az olması ona gətirib çıxarıb ki, hazırda Gülgülçay, Gilançay dərələrində sel ocaqlarında xeyli miqdarda daşınmaya hazır materiallar toplanıb.

E.Əlizadə qeyd edib ki, müvafiq qurumlar, eyni zamanda, adıçəkilən ərazilərə yaxın yerləşən əhali bu hadisələrə hazır olmalıdır. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar