Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda güclü zəlzələ gözlənilir?


Ekspert Azərbaycan üçün zəlzələ təhlükəsindən danışıb


“Zəlzələ bütün seysmoaktiv ərazilərdə olduğu kimi Azərbaycanda da həmişə qeydə alınır. Belə zəlzələlərdən biri də bu gün Lənkəran zonasında baş verib. Ondan əvvəl də Xəzər dənizində, Abşeron yaxınlığında da belə zələlələr olub. Bu zəlzələ nisbətən daha güclü olduğu üçün lokal ərazilərdə, episentrə yaxın ərazilərdəki məntəqələrdə hiss olunub. Şükr Allaha ki, bu güclü titrəyiş deyildi”. 

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmoloji şöbəsinin müdiri Tahir Məmmədli ANS PRESS-ə açıqlamanında bildirib.

Ekspert baş verən zəlzələlərin gözlənilən hal olduğunu bildirib. Onun sözlərinə görə, qırılma zonalarında əks istiqamətli tektonik hərəkətlər gedir. Bu zaman müəyyən həddə çatandan sonra süxurlar deformasiyaya uğrayır. Deformasiyaya uğrayan süxur tab gətirə bilmir və qırılır. Süxur qırılan kimi qəflətən titrəyiş baş verir. Bir neçə santimetrdən tutmuş daha güclü zəlzələlər bir neçə metrlərlə ölçülür. Gərginliyin toplanmasından, deformasiyaya uğrayan süxurun həcmindən, onlara təsir edən xarici qüvvələrin təzyiqindən asılı olaraq, zəif, orta-güclü və güclü zəlzələlər baş verir. Burada xırda süxurların qırılmasıdı. Buna görə nisbətən zəif zəlzələ müşahidə edilir.

Tahir Məmmədli onu da əlavə edib ki, Azərbaycanda seysmoloji aktivliyə nəzarət etmək üçün quraşdırılan yeni Seymoloji Stansiya və avadanlıqlar vasitəsilə yeraltı təkanları izləmək üçün gözəl imkanlar yaradır. Bu avadanlıqlar vasitəsilə baş verən zəlzələni yüksək dəqiqliyilə qeydə alınıb.

“Yeni avadanlıqlar vasitəsilə burada və ümumiyyətlə Azərbaycan ərazisində ən zəif təkanları, hansı ki, əvvəlki stansiyalarda onları qeydə ala bilmirdik, onları yüksək dəqiqliklə görə bilirik. Bu da seysmoloqlara ölkədə seysmoloji aktivliyi dəqiqliklə öyrənməyə geniş imkanlar verir. Bu cihazlar bizə seysmoloji hadisələri dəqiqliklə izləməyə imkan verir. Seysmoloqlar da alınan məlumatlar əsasında müəyyən fikirlər söyləyə bilər. Amma ümumilikdə zəlzələnin nə zaman baş verəcəyini demək hələlik mümkün deyil”, - deyə Tahir Məmmədli vurğulayıb.

Alimin sözlərinə görə, Azərbaycanda bir çox seysmoloji aktiv zona var. Həmin ərazilərdə güclü zəlzələ olmasını gözləmək lazımdır: “Bəzi mütəxəssislər həmin ərazilərdə enerjinin boşalmasını deyirlər. Amma göründüyü kimi bu proqnozlar özünü doğrultmur. Yenə həmin yerlərdə titrəyişlər olur. Bu da onu göstərir ki, zəlzələlər hansısa qanunauyğunluq tanımır. Ona görə də, demək olmur ki. indi burda zəlzələ olub, bir də neçə vaxtdan sonra olacaq. Çünki bu çox mürəkkəb proseslərdir. Sadəcə seysmoloqlar harada güclü zəlzələ ola bilər və onun gücünü deyə bilərlər”.

Tahir Məmmədli onu da əlavə edib ki, Azərbaycan üçün ən təklükəli zəlzələ ərazisi Şamaxıİsmayıllı ərazisində olan ocaqlardır: “Şamaxı-İsmayıllıdan tutmuş Zaqatala-Balakən, Şəki-Qax, Şəkidən daha güclü Oğuz zonası, Lənkəranda, Xəzər zonasında güclü ocaqlar var. Bundan başqa, ən təhlükəli mənbələr Xəzər dənizindədir. Həmin ocaqlarda baş verən yeraltı təkanlar Bakıda güclü zəlzələ təhlükəsi yarada bilər. Xəzər dənizində ocaqlar çoxdur. Onlardan ən böyük seysmik təhlükəyə malik Abşerondan 50-60 kilometr cənubda, Xəzər dənizində yerləşən güclü ocaq zonasındadır. Yaxşı ki, bu ocaq 60 kilometr aralıdadır və 3035 kilometr dərinlikdədir. Buna baxmayaraq, bu ocaqda baş verən proses Bakı üçün 8 bal gücündə zəlzələ yarada bilər”.

Son zamanlar zəlzələnin olacağını əvvəlcədən proqnozlaşdırmaq kimi fikirlər yayılıb. Ekspert isə güclü zəlzələlərin baş verməsini prqonozlaşdırmaq mümkünsüz sayır: “Dünyada da belə sübut edilib ki, güclü zəlzələdən əvvəl də sakitlik ola bilər. Bəzən isə güclü yeraltı təkanlardan əvvəl zəif zəlzələlərin aktivləşməsi də ola bilər. Bu fikirlərdən ümumi nəticəyə gəlmək olar ki, zəif titrəyişdən sonra güclü zəlzələnin baş verib-verməməsini proqnozlaşdırmaq olmur. Ümumiyyətlə həmin zonalar potensial ocaq zonalarıdır. Bəlkə də, uzun illər sonra orada güclü zəlzələ ola bilər, Amma bunu qabaqcadan demək mümkün deyil”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar