Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda günəş enerjisi istehsalı 18 dəfə artıb


Külək enerjisində isə 3 dəfəyədək artım qeydə alınıb


Azərbaycanda günəş enerjisi ilə işləyən stansiyalarda elektrik enerjisi istehsalının həcmi illik müqayisədə 17,5 dəfə artaraq 2016-cı ilin yanvar-may aylarında 20,8 mln. kVt/saat təşkil edib. "Report"un rəsmi statistikaya istinadən verdiyi xəbərə görə, bu müddətdə külək stansiyalarında istehsal 2,7 dəfə artaraq 7,9 mln. kVt/saata çatıb.

İstilik elektrik stansiyalarında istehsalın həcmi 8,9% azalaraq 8 042,2 mln. kVt/saata enib, su elektrik stansiyalarında isə 15,9% artaraq 822,0 mln. kVt/saata yüksəlib. 

Qeyd edək ki, bu ilin yanvar-may ayları ərzində ölkədə cəmi elektrik enerjisi istehsalı 9 307,7 mln. kVt/saat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7% azdır.

Məlumat üçün bildirək ki, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda beş ay ərzində 740,5 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib, əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə 6,5%-lik azalma müşahidə olunub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar