Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda hansı hadisələrə görə matəm elan olunub?


Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən bəri ölkədə səkkiz dəfə rəsmən matəm elan olunub


İlk matəm 1991-ci il noyabrın 20-də Azərbaycanın dövlət və hökumət adamlarını daşıyan vertolyotun Dağlıq Qarabağ ərazisində vurulması ilə bağlı elan edilib. 

Həmin hadisədə 20-dən çox adam həlak olub.

İkinci matəm 1992-ci il fevralın 26-da Xocalı şəhərində törədilən qırğınla bağlıdır. Xocalıda erməni silahlı dəstələri və Rusiya ordusunun 366-cı motoatıcı alayı 613 nəfəri, o cümlədən 106 qadın, 83 uşaq, 70 qocanı öldürüb. 

Üçüncü matəmə 1994-cü il martın 19-da Bakı metrosunun “20 Yanvar” stansiyasında baş verən terror aktı səbəb olub. Bu terror 14 nəfərin həyatına son qoyub.

Dördüncü matəm də yenə 1994-cü ildə və yenə Bakı metrosunda törədilən terrora görə elan edilib. 1994-cü il iyulun 3-də “Gənclik” stansiyasında partlayışda 13 nəfər həlak olub.

Beşinci matəmBakı metrosunda baş verən hadisə ilə bağlıdır. 1995-ci il oktyabrın 28-də metronun “Nərimanov” və “Ulduz” stansiyaları arasında, rəsmi məlumata görə, qəza baş verib. Hadisədə 300-ə qədər adam həlak olub.

Altıncı matəm 1995-ci il dekabrın 5-də Naxçıvan Muxtar Respublikasından Bakıya uçan təyyarə qəzaya uğrayarkən elan edilib. Həmin qəzada təyyarədə olan 81 sərnişindən 11 nəfəri həlak olub.  

Yeddinci matəmə 2002-ci il oktyabrın 22-də Qazaxıstanın Aktau limanından Bakı istiqamətində üzən, Xəzər Dəniz Gəmiçiliyinə məxsus "Merkuri-2" bərəsinin batması səbəb olub. Bu qəza 42 nəfər həyatına son qoyub.

Səkkizinci matəm Azərbaycanın üçüncü prezidenti Heydər Əliyevin vəfatı ilə bağlı olub. Heydər Əliyev 2003-cü il dekabrın 12-də dünyasını dəyişib. O zaman müasir Azərbaycan tarixində ən uzunmüddətli – 7 günlük matəm elan edilib. (mediaforum.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar