Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda illərdir boş qalan vəzifələr...



Azərbaycanda artıq 8-ci ildir ki, dövlət orqanlarını kadrlarla Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) təmin edir


Qayda belədir ki, kadra ehtiyacı olan qurum komissiyaya müraciət edir. Komissiya vakansiya elan edib, müraciət edən şəxsləri öncə test imtahanından, sonra isə müsahibədən keçirir. Lazımi balı yığan şəxslər müvafiq dövlət qurumuna göndərilir.

Amma zaman-zaman təcrübədə belə bir problem yaranır ki, komissiyanın göndərdiyi şəxsi dövlət qurumu işlə təmin etməkdən imtina edir. Həmin dövlət qurumu müqavilə ilə digər bir şəxsi o vəzifəyə götürür, vakansiya isə boş qalır. Komissiyanın müsabiqəsi və müsahibə mərhələsindən keçənlər isə ehtiyat kadr kimi qeydə alınır. Bəzən bu kadrlar oturub illərlə öz növbələrini gözləməli olurlar. Azərbaycanda bu sahədə bir qaydasızlıq, nəzarətslik, boşluq var. Və bu boşluq artıq illərdir ki, özünə yer aça-aça dərinləşməkdədir. Əslində, kadrlar işə götürülərkən şəffaflıq və rahatlıq təmin olunsun deyə yaradılan Komissiyanın fəaliyyəti qənaətbəxşdirmi? Komisisyanın dövlətin kadr ehtiyatına verdiyi tövhə nədən ibarətdir? Komissiyanın ehtiyat kadrları dövlət qulluğuna necə götürülür və ya niyə götürülmür?

Bütün bu suallara aydınlıq gətirmək üçün “Qafqazinfo” kiçik bir araşdırma aparıb.

DQMK yarandığı vaxtdan bəri 16 müsabiqə keçirib. Keçirilən müsabiqələr nəticəsində uğur qazanan 5518 nəfər dövlət orqanlarında analoji vakant vəzifələrə təyin olunmaq üçün dövlət orqanlarına təqdim ediliblər. Həmin 5518 nəfərdən 4768-i dövlət orqanlarında vakant vəzifələrə təyin ediliblər”.



2007-ci ildən bəri isə ümumiyyətlə vakansiya üçün Komissiyaya bütün dövlət orqanlarından 13 min 387 müraciət edilib. Bəhram Xəlilovun sədrlik etdiyi qurum isə bu ehtiyac qarşılığında yuxarıda qeyd etdiyimiz kimi yalnız 5518 nəfər tapa bilib. Onlardan isə 4768-i işlə təmin olunub. Deməli, rəsmi olaraq dövlətin 8619 kadra ehtiyacı var. İllərdir bu vəzifələr boşdurmu? Bəs bu vəzifəni kimlər icra edib?..

Sözügedən qurum “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, indiyədək onların dövlət orqanlarına təqdim etdiyi namizədlərdən 750-si işlə təmin edilməyərək geri qaytarılıb. Hazırda 315 nəfər ehtiyat kadrlar siyahısındadır.
Dövlət qurumlarının Komissiyadan keçən kadrlara bir çox hallarda etimad göstərmir. Bunun isə maraqlı səbəbləri var. Daha doğrusu, əsas arqument göndərilən kadrların savadsız və bacarıqsız elan olunmasıdır. Məsələ belədir ki, müəyyən hallarda, birinci mərhələdən yüksək balla keçmiş namizədlər müsahibə zamanı təəccüb doğurur. Belə ki, həmin namizədlər nəinki sahəvi suallara, hətta ümumi dünyagörüşünü və işə başlayacağı dövlət qurumunun ümumi fəaliyyətini əhatə edən adi suala belə cavab verməkdə aciz qalırlar. Əksər hallarda müsabiqə və müsahibədən keçmiş namizədlərin sahə üzrə bilikləri minimal səviyyədə olur, aidiyyəti suallara düzgün cavab verə bilmirlər. Məlum olur ki, namizədlərin əksəriyyəti yalnız formal mərhələni keçmək üçün ümumi sualların cavablarını əzbərləyərək keçid balı toplayıb müsbət nəticə göstərir. Belə hallarda isə paradoksal bir vəziyyət yaranır: müsabiqədən və müsahibədən keçərək dövlət qulluğuna namizəd olmuş bu cür şəxslər iş yerində özündən qat-qat daha təcrübəli, həmin sahə üzrə daha geniş biliyi və bacarığı olan mütəxəssislərə rəhbərlik etmək üçün iddialı olurlar.



Bu cür təcrübəsiz və məlumatsız şəxsləri sahələr üzrə təcrübə keçmələri üçün təyin olunan vəzifənin kurasiya edildiyi qurumlara göndərmək təklif edildikdə isə həmin namizədlər bundan imtina edirlər. Və bildirirlər ki, iddialı olduqları bu vakant vəzifədə işləmək onların qanuni haqqıdır.

Sual olunur, bu cür təcrübəsiz namizədin bir neçə il həmin dövlət qurumunda iş təcrübəsi olan ixtisaslı mütəxəssislərə rəhbərlik etməsi nə dərəcədə düzgündür? Digər tərəfdən, əgər bu şəxs dövlət qulluğuna qəbul olunursa, dövlət idarəsində ona həvalə olunan işi icra etmək artıq onun haqqı deyil, xidməti borcu sayılır. Dövlət qulluğunda haqq anlayışı yoxdur, hərbi qulluqda olduğu kimi borc anlayışı var. Necə ola bilər ki, dövlətin hərbi olan qulluğu borcdur, amma həmin dövlətin dövlət qulluqçusunun iddialı olduğu vəzifə onun haqqıdır?

Belə bir şəraitdə vakant vəzifə çıxarmış aidiyyəti dövlət qurumu da, müsabiqə və müsahibənin keçirilməsinə cavabdeh olan Komissiya da çətin durumda qalır. Ona görə də, bu cür anlaşılmazlıqların ortaya çıxmaması üçün Əsasnamədə müəyyən dəyişikliklərin edilməsinə zərurət var.



Prezident Administrasiyasi rəhbəri, akademik Ramiz Mehtiyev ötən ilin oktyabrın 25-də Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının 15 illik yubileyində çıxışı zamanı bu problemə toxunmuşdu: “Həm Prezident Administrasiyası, həm nazirliklər, həm də yerli hakimiyyət strukturları bu gün ciddi kadr böhranı problemi ilə üzləşiblər. Biz hamımız müasir idarəetmənin incəliklərinə bələd olan hazırlıqlı kadrlara ehtiyac duyuruq və etiraf etməliyik ki, yüksək tələblərə uyğun kadr tapmaqda çətinlik çəkirik. Prezident Administrasiyasının kadr ehtiyatı şəxsən məni Administrasiya rəhbəri kimi heç cür qane etmir”.

Komissiya lazım olan kadrı tapa bilmirmi? Belə bir fikir var ki, savadlı və bacarıqlı şəxslərin əmək haqqı azlığına görə dövlət qulluğunda işləməyə həvəsli olmaması da bu situasiyanı yaradan səbəblərdən biridir. Digər tərəfdən təhsilin səviyyəsinin aşağı olması primitiv test suallarına düzgün cavab verəcək şəxslərin azalmasına səbəb olub. Məsələn, 2014-cü ildə Komissiya özü iki vakansiya élan edib. Bu iki yerə 298 nəfər müraciət edib. Hər vakansiya üçün 149 nəfər iddialı olub. Lakin onlardan cəmisi 34-ü birinci mərhələyə buraxlmağa hazır olub.

Bundan başqa, TQDK-nın 4 vakansiyasına 127, Mədəniyyət və Turizm Nazirliyinin 22 vakansiyasına 387 namizəd müraciət edib. Bu rəqəmlər həm də ölkədə insanların hansı sahələrdə işləməyə marağını göstərir.

Müqayisə üçün qurumdan ötən ilin statistik rəqəmlərini də öyrəndik. Belə ki, 2014-cü ilin aprel, may və iyun aylarında Komissiya tərəfindən 89 dövlət orqanı üzrə 937 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə keçirilib. Keçirilən müsabiqə nəticəsində 396 nəfər uğur qazanıb. Onlardan 296-sı dövlət orqanlarında analoji vakant vəzifələrə təyin edilib. Digər namizədlər isə ehtiyat kadrlar siyahısına daxil olunub.

Göründüyü kimi, hazırda dövlətin ehtiyat kadrı olan 315 nəfərdən 100-ü bu il seçilib. Bunun da bir səbəbi var: ehtiyat kadr siyahısına düşən şəxs 2 il ərzində işlə təmin olunmasa, avtomatik olaraq həmin siyahıdan çıxarılır. Bu avtomatik üsulla 310 nəfər siyahıdan çıxarılıb.

Komissiyadan bildirilib ki, ən çox vakansiya elan edən dövlət orqanları Dövlət Sosial Müdafiə Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Energetika Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Statistika Komitəsidir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, 2014-cü ildə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya 88 vakant dövlət qulluğu vəzifəsi təqdim edilib.

Bu vakansiyalar üçün isə cəmi 10 nəfər namizəd göndərilib. Nazirliyə göndərilmiş 10 namizəddən 9-u vakant dövlət qulluğu vəzifələrinə təyin edilib, 1 nəfərin sənədi isə öz ərizəsi ilə (öz arzusu ilə) Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya geri qaytarılıb.

Dövlət Statistika Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, Komissiyaya 52 vakant vəzifə təqdim edib: “Həmin vəzifələr üzrə müsabiqə mərhələsi başa çatıb, müsahibə isə yanvar ayının 26-da başlayacaq.

Ümumi müsahibəyə təqdim olunan 4 vakant vəzifə üzrə sənəd təqdim edən 5 nəfərdən 2-si uğur qazanaraq işə qəbul olunub. Daxili müsahibəyə təqdim olunan 6 vakant vəzifəyə sənəd verən 8 nəfərdən 7-si uğur qazanaraq yuxarı vəzifələrə keçirilib”.



Adı çəkilən qurumlardan biri Dövlər Sosial Müdafiə FonduQafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, 1 aprel 2014-cü il tarixdə elan edilən DSMF üzrə vakant dövlət qulluğu vəzifələrinin müsabiqə yolu ilə tutulması üçün təklif edilən 250 yer üçün 790 nəfər ərizə ilə müraciət edib. Həmin vakant yerlər üzrə müsabiqənin testvə müsahibə mərhələlərində uğur qazanan iştirakçılardan 65-i aidiyyəti vəzifələrə təyin olunublar.

Ölkə üzrə dövlət qulluqçularının 10 faizi DSMF-də çalışır və onların arasında gənclər üstünlük təşkil edir. 2007-2014-cü illərdə DSMF üzrə keçirilən müsabiqələrdə 2708 nəfər namizəd iştirak edib, bunlardan 605 nəfəri qalib gəlib və vəzifəyə uyğun gələn namizədlər müvafiq vəzifələrə təyin olunublar”.

Sorğu verdiyimiz digər qurumlardan bu araşdırmanı apardığımız az qala bir ay ərzində heç bir cavab ala bilmədik. Məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Energetika Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi və digər qurumlardan kadr ehtiyatları ilə bağlı suallarımızı cavabsız buraxıblar. Bu sullara cavab vermək niyə onların maraqları xaricindədir? Hər birinin az qala 100-lərlə vakant yeri olan və Dövlət Qulluğu Komissiyasının elan etdiyi müsabiqəyə vakant yer göstərib təyinat aparmayanlar bu suallara əlbəttə cavab vermək istəməzlər. Çünki, həmin nazirliklərə rəhbərlik edən şəxslər  bu yeri dövlət qarşısında boş göstərsələr də, əslində ora öz daxili qaydaları, yəni müqavilə yolu ilə təyinatlar aparıblar. Bu adamları isə belə desək öz maraqları çərşivəsində rəhbərlik etdikləri qurumda işə götürüblər. Bu maraq isə təyinatlar zamanı həm qohumbazlığa, həm rüşvətxorluğa yol aça bilir...


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar