Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda inanclı insanların sayı azalıb



Azərbaycanda inanclı insanların sayı son 3 ildə 44%-dən 34%-ə düşüb


Belə bir qənaət “WIN/Gallup International” beynəlxalq təşkilatının 65 ölkədə 64 min respondent arasında keçirdiyi və nəticələri “The Telegraph” nəşrində dərc olunan sorğudan ortaya çıxıb.

Rəyi soruşulanlara 3 variantdan ibarət cavab təklif edilib: 1. Mən inanc adamıyam. 2. Mən inanc adamı deyiləm. 3. Mən ateistəm. 
   
Sorğunun nəticələrinə görə, Türkiyədə inanclı adamların sayı Azərbaycandan fərqli olaraq 2012-ci ildə 23%-dən 2015-ci ildə 79%-ə qalxıb.

Azərbaycanda ateistlərin sayının minimal olduğu üzə çıxıb – 0%. Gürcüstanda ateistlər 1, Türkiyədə və Ermənistanda isə 2%-dir.

Dünyanın ən dindar ölkəsi isə Tailanddır - 94%. Gürcüstan, Ermənistan, Banqladeş və Mərakeş 93%-lə sonrakı 2-5-ci yerlər bölüşür. Rusiyada inanc adamlarının sayı ötən 3 il ərzində 55%-dən 70%-ə qalxıb. 

O da bəlli olub ki, konkret olaraq Azərbaycan dindarlıq səviyyəsinə görə Qərbə yaxın olsa da, ateizm göstəricisinə görə əksinə, Şərqə yaxındır. Belə ki, məsələn, Almaniyada ateizmin səviyyəsi 17%, İngiltərədə 13%, Fransada 18%, İspaniyada 20%-dir.
 
İsrail və Qazaxıstan istisna olmaqla Yaxın Şərq və Orta Asiya ölkələrində də Azərbaycandakı kimi ateistlərin sayı sıfır həddədir. 

Ateizmin ən yüksək, dindarlığın ən aşağı olduğu ölkə isə yenə Çin olaraq qalır. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış - Yenilənib

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar