Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda iş rejimi dəyişdirildi



Nazirlər Kabineti Birinci Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar Bakıda iş vaxtı rejiminin dəyişdirilməsi barədə sərəncam verib


PİA.AZ xəbər verir ki, Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, sərəncamda qeyd edilir ki, 2015-ci ildə Bakı şəhərində I Avropa Oyunlannın keçirilməsi ilə əlaqədar Nəqliyyat vasitəlarinin maneəsiz və təhlükəsiz hərəkətini təmin etmək, işçi qüvvəsinin və tamasaçıların ictimai nəqliyyat sisteminin (metro vo avtobus) mövcud imkanlarından tam şəkildə istifadə etmələrinə şərait yaratmaq məqsədi ilə 2015-ci il mayın 1-dən iyulun 1-dək Bakı şəhərində fəaliyyət göstərən dövlət orqanlarında, dövlət müəssisə və təşkilatlarında çalısan işçilərin (növbəli iş vaxtı rejimi əsasında və təhsil müəssisələrində işləyənlər istisna olmaqla) əmək funksiyalarını nəzərə almaqla, iş vaxtı rejimi aşağıda göstərildiyi kimi pilləli şəkildə təşkil edilməlidir:

- iscilərin 25 faizi üçün saat 8:00-dan saat 17:00-dək;

- işçilərin 25 faizi üçün saat 8:30-dan saat 17:30-dək;

- işçilərin 25 faizi üçün saat 9:00-dan saat 18:00-dək;

- işçilərin 25 faizi üçün saat 9:30-dan saat 18:30-dək;

Bakı şəhərində fəaliyyət göstərən qeyri-dövlət müəssisə və təşkilatlanda çalışan işçilərin isə (növbəli iş vaxtı rejimi əsasında və təhsil müəssisələrində işləyənlər istisna olmaqla) əmək funksiyalarını nəzərə almaqla, iş vaxtı rejiminin göstərildiyi kimi pilləli şəkildə təşkili tövsiyə edilir:

- işçilərin 50 faizi üçün saat 8:00-dan saat 17:00-dak;

- işçilərin 50 faizi üçün saat 8:30-dan saat 17:30-dək.

Sərəncama əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 24 oktyabr tarixli 342s nömrəli sərəncamının 2-ci hissəsində "iyunun 10-dan 30-dək" sözləri "mayın 1 -dən iyulun 1 -dək" sözləri ilə əvəz edilir.

Gənclər və İdman Nazirliyi, Nəqliyyat Nazirliyi. Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılıb ki, bu sərancamda nəzərdə tutulmuş tədbirlərlə bağlı əhalinin 2015-ci il aprelin 1-dən etibarən kütləvi informasiya vasitələri ilə məlumatlandırılmanı təmin etsinlər. Eləcədə, Daxili İşlər Nazirliyi Bakı Şəhər İcra Hakimiyyəti Bakı şəhərində avtonəqliyyat vasitələrinin qeyri-qanuni parklanma hallarının aradan qaldırılması üçün 2015-ci il aprelin 1-dən etibarən kütləvi informasiya vasitələri ilə ictimai təbliğat və məlumatlandırma işlərinin aparılmasını təmin etməlidirlər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar