Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda iyunun 1-dən yeni vergi güzəştləri tətbiq olunacaq

İyunun 1-dən dəmir yolu ilə nəql edilən yüklər Azərbaycandakı son dəmir yolu stansiyasından avtomobil vasitəsilə ən yaxın gömrük məntəqəsinə daşınırsa yol vergisi və dövlət rüsumundan azad olunacaq


Yük gömrükdən keçdikdən sonra ən yaxın dəmir yolu stansiyasına avtomobil yolu ilə daşındıqda da yol vergisi və rüsum ödənilməyəcək. Bununla bağlı Prezident İlham Əliyev "Vergi Məcəlləsi və "Dövlət rüsumu haqqında” qanunlarda dəyişiklik edilməsi barədə fərman imzalayıb. Bu dəyişiklik daşıma xərclərinin azalmasına səbəb olmaqla yanışı Azərbaycanın  tranzit ölkə kimi əhəmiyyətini artıracaq.

Dəyişikliyə əsasən ölkə ərazisində fəaliyyət göstərən xarici  yükdaşıma şirkətləri ölkə sərhədlərinə ən yaxın dəmir yolu stansiyasından gömrük məntəqəsinə qədər qət etdikləri məsafəyə görə yol vergisi və dövlət rüsümundan azad olacaqlar. Eyni qaydada Azərbaycan gömrük keçidindən ölkəyə yük gətirən avtomobilllər ən yaxın dəmir yolu stansiyasına daşınmaya görə vergi və rüsum ödəməyəcək. Güzəşt müddətinin 3 ili əhatə etməsi nəzərdə tutulur. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı bildirir ki, yenilik Azərbaycanın yükdaşıma üçün cəlbedici ölkəyə çevirəcək 

Vergi Məcəlləsinə görə əvvəllər  yükün daşınması zamanı yol vergisi ölkədə qalma müddəti, yükün həcmi və oxların sayına  əsasən  müəyyən edilirdi. Belə olan halda İran Astarası ilə Azərbaycan Astarası arasında 8 kilometrlik məsafədə daşıma xərcləri xeyli artırdı.

Dəyişikliklər eləcə də  Naxçıvan Muxtar Respublikası üçün də əhəmiyyətli ola bilər. Naxçıvan ilə Türkiyə arasında dəmir yolunun olmaması buna zəmin yaradır. Belə ki, Naxçıvanın Türkiyəyə ən yaxın dəmir yolu stansiyasından gömrük məntəqəsinə qədər olan ərazidə yüklərin daşınması dövlət rüsumu və yol vergisindən azad edilə bilər.(baku.ws)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar