Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda məcburi sosial siğorta ödəyən əcnəbilər



Dövlət Sosial Müdafiə Fondunda qeydiyyata alınan əcnəbilərin sayı artıb

 
Fondun ictimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, 2014-cü il dekabr ayının 1-nə olan statistikaya əsasən,  ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan əcnəbilərin sayı 29,3 faiz artıb. 2014-cü il dekabrın 1-nə olan statistikaya əsasən, Fond tərəfindən əlavə olaraq 5012 nəfər əcnəbi vətəndaşa fərdi şəxsi hesab açılıb və nəticədə sistemdəki əcnəbilərin sayı 22 112 nəfərə yüksəlib.
 
Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 89,2 faizini ( 19 724 nəfər) kişilər, 10,8 faizini (2 388  nəfər) isə qadınlar təşkil edir. 
 
Ümumilikdə 104 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Тürkiyə vətəndaşları ( 11 815 nəfər) üzrə müşahidə olunur. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının sayı 2 492 nəfərə, üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə  1 269 nəfərə çatıb. 
 
Sonrakı yerlərdə İran İslam Respublikası (864), Çin Xalq Respublikası (741) Hindistan (605), Pakistan İslam Respublikası (463), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (331), Ukrayna (244), Özbəkistan (235), Banqladeş Xalq Xespublikası (202), Filippin ( 189), Almaniya ( 185), Türkmənistan (181), ABŞ (164), Qazaxıstan (154), İtaliya (144), Koreya Respublikası ( 135), Bosniya və Hersoqovina (132), Malayziya (103)  və s. ölkələr gəlir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar