Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda müəllimlərin ixtisarı gözlənilir?



Azərbaycan Prezidentinin müəllimlərin əməkhaqlarının artırılması barədə vediyi sərəncam əsasında müəllimlərin həftəlik dərs yükü normasının artırılması Bakıda müəllimlərin ixtisarına səbəb olmayacaq


PİA.AZ Trend-ə istinadən xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev deyib.

Onun sözlərinə görə, son sərəncamla müəllimlərin aylıq əməkhaqlarının 30-40 manat artırıldığını demək olmaz. Bu mexanizm Nazirlər Kabineti tərəfindən müəyyən edilərək təsdiqlənəcək: "Artımla bağlı konkret rəqəm söyləmək mümkün deyil. Məktəblərdə dərs yükü norması 18 saatdır və ona uyğun olaraq əməkhaqqı hesablanacaq. Yanvarın 1-dən etibarən müəllimlər yeni əməkhaqqı alacaqlar və yəqin ki, fevral ayında müəllimlər əlavələrlə artım olan əməkhaqqı alacaqlar".

İ.Nağıyev deyib ki, indiki halda müəllimlərin əməkhaqqı onların təhsili və iş staji ilə ölçülür. Onun sözlərinə görə, gələcəkdə isə nəticəyönümlü, rəqabətəsaslı differensial əməkhaqqı sisteminin yaradılması nəzərdə tutulur. Buna əsasən, artıq müəllimlərin əməkhaqqına onların təhsili və bilik səviyyəsi deyil, müəyyən nəticələri də təsir edəcək. Nazirlik rəsmisi hazırda bu istiqamətdə işlərin aparıldığını əlavə edib.

TN-in sektor müdiri Cəsarət Valehov isə bildirib ki, 1992-ci ilə kimi Azərbaycanda müəllimin həftəlik dərs yükü 18 saat müəyyənləşdirilmişdi. 1992-ci ildən sonra dərs yükünün normasının yenidən 12 saata endirilməsi nəticəsində müəllimlərin sayı 20 min nəfərədək artdı.

Nazirliyin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Әhmədov isə deyib ki, dövlət başçısının son sərəncamı müəllim-şagird nisbətinin dünya standartlarına uyğunlaşdırılması baxımından əhəmiyyətlidir.

A.Әhmədov əlavə edib ki, ölkə Prezidentinin müəllimlərin həftəlik dərs yükü normasının artırılması barədə verdiyi son sərəncamın icrasından sonra Bakı şəhərində həftəlik dərs yükü 6 saatdan az olan müəllim olmayacaq. Halbuki təhlillərə görə, hazırda paytaxtda həftəlik dərs yükü 6 saatdan da az olan müəllimlər işləyirlər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Ən çox oxunanalar