Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda narkomanların sayı açıqlandı


"Azərbaycanda 2014-cü ilin rəsmi statistikasına əsasən narkomanların ümumi sayı 28656 nəfər təşkil edib


Onlardan 23042 nəfərini dispanser qeydiyyatında olanlar, 5614 nəfərini isə profilaktik qeydiyyatda olanlar təşkil edir".
 
PİA.AZ publika.az-a istinadən bildirir ki, bu barədə Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin sədr müavini Leyla Yolçiyeva məlumat verib. L. Yolçiyevanın sözlərinə görə, onlardan 666 nəfəri anonim müalicə alanlar, 52 nəfəri isə toksikomanlardır.
 
L. Yolçiyevanın sözlərinə görə, ən çox narkotik vasitə Azərbaycanın cənub bölgəsində istifadə olunur: "Lənkəranda, Masallıda, Cəlilabadda narkoisfadəçilərin sayı daha çoxdur və onların yaş həddi də aşağıdır. İstifadəçilər arasında 12-13 yaşlı yetkinlik yaşına çatmayan məktəblilərə də rast gəlinir. Respublikamızda məktəbyaşlı uşaqlar arasında 14 yaşlı bir nəfər, 15-17 yaş həddində isə 5 nəfər, ümumi olaraq 6 nəfər narkotik istifadəçisi var. Azyaşlıların narkotikdən istifadə etməsi isə onların daha çox məlumatsız olmalarından irəli gəlir".
 
Səhiyyə Nazirliyinin 2014-cü ilin narkomanların sayına dair rəsmi statistikası ilə 2013-cü ilin narkomanlarla bağlı statistikasını müqayisə etdikdə görünür ki, ölkədə narkomanların sayı artan xətt üzrə inkişaf edir.
 
Xatırladaq ki, 2013-cü ildə rəsmi qeydiyyata alınmış narkomanların sayı 27 min 910 nəfər təşkil edib, 2011-ci ildə Azərbaycanda narkomanların sayı 26 716, 2010-cu ildə isə 25 489 nəfər olub.
 
Statistika təsdiqləyir ki, ölkədə 2013-cü illə müqayisədə 2014-cü ildə narkoman qadınların da sayında artım baş verib. Belə ki, 2013-cü ilə rəsmi statistika ilə narkoman qadınların sayı 528 nəfər, ötən il isə 554 nəfər olub. Bu rəqəmlər göstərir ki, rəsmi olaraq narkoman qadınların sayında 26 nəfər artım var.
 
Azərbaycana tranzit ölkə olduğuna, Rusiyanın qara bazarlarına, Avropa ölkələrində satıldığına görə bizə ən çox narkotik İrandan və Əfqanıstandan gətirilir. Əfqanıstandan gətirilən narkotik Amerikaya, Avropa ölkələrinə, digər ölkələrə aparılır.
 
L. Yolçiyevanın sözlərinə görə, bu səbəbdən ölkəmizdə narkotik istifadəçilərinin mövcud olması real hadisədir.
 
Qeyd edək ki, narkomanların bəziləri müalicə üçün həkimə çox gec müraciət etdiklərinə görə, onlara kömək etmək çox çətin olur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar