Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda oğlan qızdan çoxdur


"Bu gün Azərbaycanda yeni doğulan uşaqlar arasında cinsi nisbətin pozulması halının qarşısını almaqdan ötrü stimullaşdırıcı tədbirlərdən öncə maarifləndirici tədbirlərin keçirilməsinə daha çox ehtiyac var"


Bunu Trend-ə aşıqlamasında Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib.

Onun sözlərinə görə, son illər doğulan uşaqlar arasında cinsi nisbətin pozulması müşahidə olunur və bu ümumilikdə əhalinin cins strukturuna təsir göstərir: “Komitə dövlət ailə, qadın və uşaq siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olaraq, demoqrafik təhlükəsizliyin təmin olunması və gələcək nəslin sağlam formalaşması istiqamətini strateji məsələlərdən biri kimi qəbul edir. Komitə hər zaman bu strateji məsələni gündəmdə saxlayır və bu sahədə bir sıra təhlillər aparır, maarifləndirici layihələr həyata keçirir”.

S.Qəhrəmanova bildirib ki, ölkədə yeni doğulan oğlanların sayı qızların sayından daha çoxdur. Yeni dünyaya gələn körpələrdən 53,6%-i oğlanlar, 46,4 %-i isə qızlardır: “Bu balansı tarazlaşdırmaqdan ötrü stimullaşdırıcı tədbirlərdən öncə maarifləndirici tədbirlərin keçirilməsinə daha çox ehtiyac var. Ailədə cinsə görə ayrı-seçkilik edilirsə, bunun səbəbkarı valideynlərdir, xüsusilə də valideynlərdə formalaşmış stereotiplərdir. Biz bu qənaətdəyik ki, maarifləndirmə yolu ilə insanların düşüncə tərzini dəyişdirmək daha çox təsirli yollardandır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar