Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda referendumların tarixi statistikası


7 ildən bir dəyişən konstitusiyamıza indiyədək hansı dəyişikliklər edilib


Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsinə Konstitusiya Məhkəməsi müsbət rəy verdi. Rəyə görə, təklif olunan dəyişikliklər xalq hakimiyyəti və dövlətin əsaslarına dair Azərbaycan Konstitusiyasının ümumi müddəalarına ziddiyyət yaratmadığından və 155-ci maddənin tələblərinə uyğun olduğundan ümumxalq səsverməsinə (referenduma) çıxarıla bilər.

 Prezidentin sərəncamı ilə referendum sentyabrın 26-da keçiriləcək.  

Bu, 1995-ci ildə müstəqil Azərbaycanın Konstitusiyasının qəbulundan sonra keçən müddətdə üçüncü referendum olacaq. 

Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci il sentyabrın 12-də keçirilən ümumxalq referendumu ilə qəbul edilib. Bundan 7 il sonra-24 avqust 2002-ci ildə konstitusiyaya əlavə və dəyişikliklər üçün referendum keçirilib. 2002-ci ildə keçirilən referenduma ölkə müxalifətinin etirazı olub. Müxalifət partiyaları referenduma qarşı etiraz aksiyaları da keçirmişdilər. Buna baxmayaraq, hakimiyyət konstitusiyaya etmək istədiyi əlavə və dəyişiklikləri 24 avqustda referendum keçirməklə reallaşdırmışdı. Konstitusiyanın müəyyən maddələrinə edilmiş əlavə və dəyişikliklərə əsasən vətəndaşlara ombudsmana, Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ təmin edilmiş, həmçinin Milli Məclisin səlahiyyətləri dəqiqləşdirilərək ona ombudsmanın seçilməsi, Apelyasiya Məhkəməsinə hakimlərin təyin olunması hüququ verilmişdi. Bu dəyişikliklərin bir qrupu məhkəmə hakimiyyətinin rolunun artırılması, prokurorluğa qanunvericilik təşəbbüsü hüququnun verilməsi ilə bağlı idi. Müxalifətin daha çox etiraz etdiyi dəyişiklik isə proporsional seçki sisteminin ləğv edilməsi, parlament və bələdiyyə seçkilərinin yalnız majoritar seçki sistemi ilə keçirilməsinin qəbulu idi. 24 avqust referendumuna qədər ölkənin ikinci şəxsi Milli Məclisin sədri idi. Həmin referendumda konstitusiyada edilən dəyişikliyə əsasən, bu status baş nazirə keçib. Müxalifət o zaman bu dəyişikliyə də qarşı çıxış edirdi. 

Növbəti referendum 2009-cu il martın 18-də keçirilib. Bu referendumun isə özəlliyi ondan ibarət olub ki, konstitusiyada eyni şəxsin iki dəfədən artıq Azərbaycan prezidenti seçilməsinə qoyulan qadağa ləğv edilib. Ölkə müxalifəti məhz bu qadağanın ləğvinə qarşı çıxmış və referendumun qarşısının alınması üçün bir neçə anti-referendum təşviqat qrupları yaratmışdı. Buna baxmayaraq, referenduma mane ola bilməmişdilər. 

Müxalifət bəyan etmişdi ki, əhalinin yalnız 15 faizi referendumda iştirak edib. MSK isə əhalinin 80 faizə yaxınının referendumda iştirak etdiyini elan etmişdi. 

Mərkəzi Seçki Komissiyasının keçmiş üzvü, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, hakimiyyət 7 ildən bir konstitusiyaya istədiyi dəyişiklikləri referendum adı ilə həyata keçirir. Sanki özləri üçün qəbul ediblər ki, hər 7 ildən bir konstitusiyada dəyişiklik edilməlidir: “Keçirilən referendumlara xalqın qatılmadığı da hər dəfə bəlli olub. Bununla belə, ənənəvi saxtakarlıq yolu ilə referendumu keçirib istədikləri rəqəmləri elan etdilər. Konstitusiyaya edilən dəyişikliklərə və əlavələrə gəldikdə, ən mürtəce hal 2002-ci ildə proporsional seçki sisteminin ləğvi, 2009-cu ildə isə eyni şəxsin iki dəfədən artıq prezident seçilməsinə konstitusiya qadağasının ləğvi olub. Əslində həmin referendumlar məhz bu dəyişikliklərin və əlavələrin həyata keçirilməsinə xidmət edib. İndi keçirməyi planlaşdırdıqları referenduma da təklif oluna konstitusiya dəyişiklikləri ana qanunun mürtəceləşməsinə, demokratiyadan daha da uzaq düşməyə xidmət edir”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar