Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda siyasi partiyalar arasında rəqabət varmı?



Azərbaycanda siyasi partiyalar arasındakı rəqabət mühiti ilə bağlı sorğu aparmaq qərarına gəldik


Bu məqsədlə Aktual.az olaraq Azərbaycanda siyasi partiya sədrlərinə və təmsilçilərinə "Azərbaycanda siyasi partiyalar arasında sağlam rəqabət varmı?" sualı ilə müraciət etdik. 

İlk olaraq sualımızı Yeni Azərbaycana Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov cavablandırdı. O, AXCP ilə Müsavat Partiyası arasındakı mübarizənin hələ 1992-ci ildən başladığını diqqətə çatdırdı: "Hazırda da hər iki partiya arasında ciddi şəkildə qarşıdurma var. Bu da ondan irəli gəlir ki, hələ Xalq Cəbhəsi hakimiyyətdə olduğu dövrdə Müsavat AXCP-ni parçalayaraq özünə təşkilat yaratdı. Həmin vaxt Ali Sovetin sədri olan İsa Qəmbər prezident olmaq iddiası ilə öz komandasını yığdı. Prezident səlahiyyətlərini icra etdiyi vaxtlarda demək olar ki, gələcək Müsavatın bazasını formalaşdırdı. Əbülfəz Elçibəy seçildikdən sonra bunları təmizləməyə başladı. O vaxtdan başlanan mübarizə bu günə qədər davam edir. Sonuncudan əvvəlki mitinqdə də bunun şahidi olduq ki, AXCP Müsavatı tribunaya buraxmadı. Onları aşağıda saxlayıb hərəsinin əlinə bir şəkil verdilər. Burada əsas məqsəd siyasi məhbus adlandırılan qurupun müdafiəsi yox, Əli Kərimlinin rəhbərlik etdiyi "Yurd" Təşkilatının Müsavat Partiyası üzərində qələbəsinin nümayişi idi". 

Ümid Partiyasının sədri İqbal Ağazadənin sözlərinə görə, ölkədə siyasi partiyalar arasında rəqabətdən söhbət gedə bilməz: "Azərbaycanda siyasi partiyalar arasında seçkiyə yönəlik məsələlərdə, məcəllədə və digər məsələlərdə ciddi problemlər olduğuna görə, demək olmaz ki, sağlam rəqabət var. Rəqabət ümumiyyətlə yoxdur. Xüsusən siyasi partiyalar arasında". 

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa da fikirləri həmkarının dedikləri ilə eynilik təşkil edir: "Sağlam rəqabət Azərbaycanda ümumiyyətlə nə bazarda var, nə də siyasət mühitində. Hələ Azərbaycan o müstəviyə gəlib çatmayıb. Ümid edirik ki, gələcəkdə bizdə də bu istiqamətdə müsbət dəyişikliklər olacaq". 

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev yanaşması fərqi oldu. O qeyd etdi ki, özlərini radikal adlandıran qüvvələr bu siyasi partiyalar arasındakı münasibətləri normal çərçivədə saxlamırlar: "Bunu hamısına şamil etmək olmaz. Biz SSR-nin daxılması zamanı bütün üsullardan istifadə etdik. Mən də radikal adam kimi tanınırdım. O vaxt biz Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparırdıq. Amma indi Azərbaycan dövləti mövcuddur, indiki radikallığın məntiqi yoxdur. Artıq quruculuq dövrüdür və bütün münasibətlər dövlət quruculuğuna həsr olunmalıdır. Hakimiyyət uğrunda mübarizədə rəqabət, dünyagörüşü zehniyyət davası olmalıdır. Kim bu kriteriyalara əməl edirsə, bu, normal yanaşmadır. Düşünürəm ki, Azərbaycan cəmiyyətində bir-iki partiya istisna olmaqla digərləri bu məqamı dərk edib. Münsibətlərdə bu tendensiyaya doğru addımlamaq müşahidə olunur. Son olaraq da Müsavatın özündə bu dəyişiklər baş verib. Qısa zaman ərzində bunu başa düşməyənlər yekdilliklə bunu anlamağa məcbur olacaqlar. Başqa yol yoxdur". 

Müsavat Partiyasının başqan müavini Elman Fəttah da deyib ki, siyasi partiyalar arasında rəqabətdən danışmağa dəyməz: “Azərbaycanda siyasi mübarizə partiyalar arasında rəqabət şəklində deyil. Demokratik cəmiyyət quruluşu başa çatmadığına görə, siyasi partiyalar arsında rəqabət yoxdur. Siyasi partiyalar arasında rəqabət o halda olur ki, seçkidə hansı partiyanın qalib gələcəyi məsələsi əsas meyar olsun. Azərbaycanda partiyalar arasında mübarizə gedir. Rəqabət isə yoxdur”. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar