Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda sürücülük vəsiqələri dəyişdirilir

Azərbaycanda sürücülük vəsiqələri beynəlxalq standartlara uyğun dəyişdiriləcək


Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin verdiyi məlumata görə, vaxtı keçən sürücülük vəsiqələri yeni formada veriləcək. 

Vəsiqələr çip yaddaşla təmin olunur. Bu zaman vəsiqənin shaibi haqqında məlumatlar həmin yaddaşda qeyd edilir. Bu sürücünün digər ölkələrə getdiyi zaman ondan istifadə etməsinə köməklik edir.

Qurum rəsmisi deyir ki, vaxtı bitməyən vəsiqələr də işləyir. Onları etibarlılıq müddəti bitməyənə qədər dəyişməyə ehtiyac yoxdur:

"Vəsiqələrin hər birində etibarlılıq müddəti var. Etibarlılıq müddəti bitməyən sürücülük vəsiqələrinin hamısı qüvvədədir".
 
Qurum rəsmisi deyir ki, sürücülük vəsiqələrinin dəyişdirilməsi üçün18 manat dövlət rüsumu vermək lazımdır:

"Sürücülük vəsiqələrinin verilməsinə görə, dövlət rüsumu olaraq, 18 manat ödəmək lazımdır. Vəsiqələrin dəyişdirilməsi zamanı da, 18 manat ödənilməlidir".
 
Qeyd edək ki, sürücülük vəsiqələri ilə bağlı başqa bir yenilik də var.
 
Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi texnikaların ixtisaslı kadrlar tərəfindən idarə olunması, sürücülük kurslarını bitirmiş vətəndaşlardan imtahanların test üsulu ilə qəbulu, sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi ilə əlaqədar müraciətlərin elektron qaydada qəbulunu təmin edib.
 
Nazirlikdən verilən məlumata görə, Bərdə, Ağsu, Qazax, Şəki, Şirvan, Masallı, Qəbələ və Quba daxil olmaqla 8 bölgədə səyyar xidmət qurupu yaradılıb.
 
Artıq 17 rayondan 170 nəfər vətəndaşın sürücülük vəsiqələri dəyişdirilib. Kənd təsərrüfatı sahəsində çalışan mexanizatorlara kömək məqsədi ilə digər bölgələrində də səyyar xidmətlər keçiriləcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar