Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda tülküyə işgəncə verən şəxs cərimələndi


Son günlər vəhşi heyvana qarşı qəddarlıq göstərərək nümayişkəranə surətdə sosial şəbəkədə video görüntüləri yayan şəxsin tapılması məqsədilə Azərbaycan Heyvanların Qorunması Cəmiyyətinin Heyvan Haqları üzrə inzibatçısı Fərid Mansurov tərəfindən aidiyyəti qurumlara müraciət olunub. Müraciət Heydər Əliyev Fondu tərəfindən nəzarətə götürülüb


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Nərimanov rayonu 18-ci polis bölməsinin əməkdaşları tərəfindən tülküyə işgəncə verən şəxslə bağlı araşdırmalara başlanılıb.
 
Araşdırma zamanı tülkü ilə rəhmsiz davranaraq sosial şəbəkədə görüntüləri yayan şəxsin Bakı şəhəri sakini Akif Həsənov olduğu müəyyən edilib. A.Həsənov hadisəni etiraf edərək səhvini boynuna alıb. 
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qanun pozucusu inzibati xəta törətdiyinə görə  500 manat məbləğində cərimə olunub və cərimənin ödətdirilməsi təmin edilib.
 
Təbiətin mühafizəsində şüurlu mövqe nümayiş etdirdiyinə, heyvanlara qayğı ilə yanaşdığına  görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Fərid Mansurova təşəkkür olunub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar