Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda vərəm kəskin azalıb



Azərbaycan həbsxanalarında həyata keçirilən vərəm əleyhinə proqram bu xəstəliyin yayılmasının qarşısını sürətlə alır


Bununla bağlı Dünya Səhiyyə Təşkilatının (DST) hazırladığı məlumatda qeyd olunur. Xüsusi olaraq Azərbaycan təcrübəsinə həsr olunan yazıda bildirilir ki, Azərbaycanda son 10 ildə vərəm xəstələrinin sayı kəskin azalıb. Həbsxanalarda bu xəstəliklə mübarizə xüsusi diqqətdə saxlanılır.

“Həbsxanalarda vərəmi üzə çıxarmaq üçün biz son on ildə daim fəal çalışmışıq. Məhbuslar üçün xüsusi dispanser yaradılıb, DST-nin tövsiyə etdiyi bütün diaqnostika üsullarından istifadə olunan yeni laboratoriya təşkil etmişik”, - deyə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi Rəfail Mehdiyev bildirib. O həmçinin qeyd edib ki, həbsxanalarda qeyri-tibbi personal bu xəstəliyin əlamətləri, risk amilləri ilə bağlı mütəmadi məlumatlandırılır, onlara təlimlər keçirilir.

DST-nin Avropa Regional Bürosunun proqram meneceri Məsud Dara bildirib ki, həbsxanalarda vərəmlə mübarizənin Azərbaycan tərəfindən uğurla reallaşdırılmasını digər ölkələr üçün model kimi istifadə etmək olar.

Yazıda qeyd olunur ki, bu ilin mayında Azərbaycanda yaradılmış Vərəm üzrə Təlim Mərkəzində ilk beynəlxalq təlimlər keçiriləcək. Bu mərkəz ötən il artıq DST tərəfindən təşkilatın vərəmlə mübarizədə rəsmi tərəfdaşı kimi qəbul edilib. (azərtac)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar