Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda xarici investisiyaların azalmasının səbəbi nədir?


İqtisadçı-ekspert: “Azərbaycanın rəsmi statsitikası ilə Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf üzrə Konfrasının (UNCTAD) hazırladığı sənəddə müəyyən fərqlər var”


“Azad iqtisadi zonalarla yanaşı xüsusi iqtisadi zonaların da yaradılması həyata keçirilməlidir ki, xarici investorlara daha çox güzəştlər təklif olunsun və həmin güzəştlər müqabilində də xarici investisiyası cəlb etmək mümkün olsun”.

Bu sözləri iqtisadçı-ekspert Vüqar Bayramov Azərbaycanda xarici investisiyaların azalmasının səbəblərini PİA.AZ-a şərh edərkən qeyd edib.

Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf üzrə Konfrasının (UNCTAD) hazırladığı "Dünya İnvestisiya Hesabatı 2018” adlı sənəddə qeyd olunub ki, 2017-ci ildə Azərbaycana xarici investisiyaların həcmi 36,3% azalaraq 2 mlrd. 867 mln. dollar təşkil edib. Hesabatda bildirilir ki, ötən il xaricdən investisiyalar əsasən neft-qaz sektoruna yönəlib ki, bu da bütün investisiyaların 73%-ni təşkil edir. "Azərbaycandan xaricə birbaşa investisiyanın həcmi isə 2016-cı illə müqayisədə 0,4 azalaraq 2 mlrd. 564 mln. dollar olub. "Ümumilikdə ötən il azərbaycanlı investorların xaricdəki investisiyalarının ümumi dəyəri 22,059 milyard dollara, xarici investorların Azərbaycandakı investisiyalarının dəyəri isə 29,551 milyard dollara bərabər olub,” – deyə hesabatda qeyd olunub.

Xarici investisiyaların bu qədər azalmasının səbəbi nədir və niyə xarici investorlar neft-qaz sektorundan kənar sahələrə investisiya qoymaqdan çəkinirlər? Bu investisiyaların təhlükəsizliyi ilə əlaqəlidir, yoxsa başqa iqtisadi-hüquqi və psixoloji problemlər də var?      

Bu mövzu ilə iqtisadçı Vüqar Bayramov öz fikirlərini PİA.AZ-ın əməkdaşı ilə bölüşüb.



Vüqar Bayramov: “Ələtdə azad iqtisadi zonanın yaradılması bir model olaraq digər bölgələrə tətbiq olunmalıdır”.


İqtisadçı Vüqar Bayramov Azərbaycanda xarici investisiyaların azalmasının bir neçə səbəblərini qeyd edib. İqtisadçıya görə azad iqtisadi zonalarla yanaşı xüsusi iqtisadi zonaların da yaradılması həyata keçirilməlidir ki, xarici investorlara daha çox güzəştlər təklif olunsun və həmin güzəştlər müqabilində də xarici investisiyası cəlb etmək mümkün olsun:

Azərbaycanın rəsmi statsitikası ilə Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf üzrə Konfrasının (UNCTAD) hazırladığı sənəddə müəyyən fərqlər var. Azərbaycan üçün enerji sektoru aparıcıdır və iş adamları da enerji sektoruna investisiya qoymaqda maraqlıdırlar. Çünki enerji sektoru bir tərəfdən gəlirli və rentaberlidir. Digər tərəfdən də qeyri-neft sektoru gəlirlik baxımından neft sektoru ilə müqayisədə aşağıdır. 

Ümumiyyətlə biz investisiya mühitini qiymətləndirsək etiraf etmək lazımdır ki, 2015-ci ildən etibarən investisiya mühitinin yaxşılaşdırılması müşahidə olunur. Amma sözsüz ki, bu prosesin davam etdirilməsinə ehtiyac var. Düşünürəm ki, xarici investorların, xüsusən qeyri-neft sektoruna daha çox cəlb edilməsi üçün konkret fəaliyyətlərin həyata keçirilməsi və investisiya mühitinin daha da yaxşılaşdırılması olduqca vacibdir. 

Əvvəla Ələtdə azad iqtisadi zonanın yaradılması bir model olaraq digər bölgələrə tətbiq olunmalıdır. Bu tətbiq azad və yaxud da xüsusi iqtisadi zonalar formasında ola bilər. Yəni azad iqtisadi zonalarla yanaşı xüsusi iqtisadi zonaların da yaradılması həyata keçirilməlidir ki, xarici investorlara daha çox güzəştlər təklif olunsun və həmin güzəştlər müqabilində də xarici investisiyası cəlb etmək mümkün olsun. 

Vüqar Bayramov: “Bank sektorunun sağlamlaşdırılmasına və bank sektoruna xarici bankların daxil olmasına imkan verilməsinə ehtiyac var”.


Eyni zamanda bank sektorunun sağlamlaşdırılmasına və bank sektoruna xarici bankların daxil olmasına imkan verilməsinə ehtiyac var. Azərbaycanın bank sektorunda xarici bankların sayı olduqca azdır. Xarici bankların bank sektoruna daxil edilməsi həm də qeyri-neft sektoruna investisiyanın cəlb edilməsi baxımından çox vacibdir. Bizim bank sektorumuz nə qədər çox liberallaşarsa, nəticə etibarı ilə o qədər çox xarici sərmayəni cəlb etmək mümkün olar. Çünki xarici banklar inanılmış banklar olacaq, eyni zamanda həmin banklar yalnız özlərinə investisiya qoyuluşu deyil, həm də investisiyanın ölkəyə cəlb edilməsi baxımından kifayət qədər əhəmiyyətli paya malik olur. 

Bu baxımından düşünürəm ki, bank sektorunun liberallaşmasına ehtiyac var. Təəssüf ki, Azərbaycanın bank sektorunda liberallaşma ilə bağlı islahatlar zəif aparılır. Nəticə etibarı ilə bu da xarici bankların ölkəyə daxil olmasına mane olur. 

Eyni zamanda da prosedurların sayının azaldılmasına və elektron xidmətlərin sayının kəskin artırılmasına ehtiyac var. “Asan xidmət”in funksiyaları 2015-ci ildən etibarən genişlənib. Amma bir sıra sektorlarda, xüsusən də idxal-ixracda, inşaatda prosedurların sayının azadılması və qısa müddətdə biznes fəaliyyətinin həyata keçirilməsinə imkan yaradılmasına ehtiyac var. 

Vüqar Bayramov: “Azərbaycanın bank sektorunda liberallaşma ilə bağlı islahatlar zəif aparılır”.


Dünya Bankının böyük biznes hesabatına görə də Azərbaycan tikintiyə, eləcə də elektrik enerjisinə icazənin alınması, həmçinin idxal-ixrac əməliyyatlatına görə təəssüf ki, bir sıra region ölkələri ilə müqayisədə geridə qalır. Baxmaraq ki, biznesin qeydiyyatdan keçməsi, əmlakın qeydiyyatı üzrə Azərbaycan öndədir. 

Azərbaycanda tikintiyə icazənin alınması, elekrtik enerjiyə çıxışın əldə edilməsi, idxal-ixrac üzrə liberallaşdırımanın aparılması və bu sahələrin tamamilə liberallaşdırılmasına ehtiyac var. Çünki xarici iş adamları həmin sektorlarda daha strateji yollardan keçməklə və az zaman sərf etməklə öz fəaliyyətlərini həyata keçirməlidirlər. Düşünürəm ki, sözügedən hesabatların aparılması növbəti dövrdə Azərbaycana daha çox xarici investisiyanın cəlb edilməsinə imkan yarada bilər”.

Nərminə UMUDLU
pia.az



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar